1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC “Petrollu Kasko” məhsulunu təqdim edib
18.09.2018

Baki, FinanceTime. Azərbaycan sığorta sektorunda daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta” ASC bu dəfə “Petrollu Kasko” adlı yeni könüllü sığorta məhsulunu təqdim edib. “Petrollu Kasko” məhsulu öz sərfəli şərtləri ilə seçilir. Belə ki, “Petrollu Kasko” məhsulunu əldə edən müştəriyə sığorta olunan avtomobilin dəyərinin 1%-i həcmində yanacaq hədiyyə edilir. Məhsul bazar dəyəri 10 000 manatdan 80 000 manata qədər avtomobillər üzrə fiziki şəxslərə təklif olunur.

“Petrollu Kasko” məhsulu əldə edərkən avtomobil tam dəyərində sığorta olunur. Məhsulun sığorta tarifi bazar şərtlərinə uyğun olaraq çox sərfəlidir. Məsələn, dəyəri 30 000 manat olan avtomobil üzrə 300 manatdəyərində yanacaq müştəriyə hədiyyə olunur. Hədiyyə olunan yanacağın 50 %-isığorta müqaviləsi rəsmiləşdirilən zaman, 50%-iisə 3 aydan sonra müştəriyə təqdim olunur.

Məhsulun yaranmasında əsas məqsəd fiziki şəxslərə avtomobillərini sığorta etməklə yanaşı hədiyyə almaq imkanı verməkdir. Məhsulun şərtləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər (+99 412) 510 40 58 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin, məhsulu www.atasığorta.az internet səhifəsindən online sifariş etmək mümkündür.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment