Baki, FinanceTime. 18 Dekabr 2019-cu il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçiriləcək.
Tədbirdə müxtəlif dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri, universitetlər, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə giriş nitqi ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, BMT-nin rezident əlaqələndiricisi Ghulam Isaczai, Ombudsman Səbinə Əliyeva çıxış edəcəklər.
Rəsmi çıxışlardan sonra Azərbaycan Türkiyə İş Adamları Birliyinin Rəhbəri cənab Cemal Yangin, Azərbaycandakı özünün miqrant həyat təcrübəsi ilə tədbir iştirakçıları ilə bölüşəcək.
Miqrasiya Gününə həsr olunmuş tədbirin rəsmi hissəsinin sonunda Beynəlxalq Miqrasiya Təşkilatının Qlobal Miqrasiya Filmləri Festivalının iştirakçısı olan və Myanmarlı yeniyetmə miqrantın həyatına həsr olunmuş “İtmiş Oğlan” adlı film nümayiş olunacaq.
Tədbirdə gedişində ölkədə və xaricdə yaşayan miqrantlara dair videoçarxlar və fotoşəkillər nümayiş olunacaq, iştirakçılara BMqT-nin politilen paketlərdən istifadədən imtina kapmaniyası çərçivəsində hazrılatdığı eklogi təmiz zənbillər hədiyyə olunacaq.
Tədbir 18 dekabr tarixində saat 14:00 Muzey Mərkəzində keçiriləcək.