|
|
|
Digər xəbərlər | | | BMqT-nın Azərbaycan nümayəndəliyi həssas miqrantlar arasında COVID-19 pandemiyasının qarşısının alınmasına öz töhfəsini verir |
30.12.2020 | |
| |
BMqT Azərbaycan nümayəndəliyi həssas miqrantlara COVID-19 ilə əlaqəli fərdi qoruyucu vasitələrin daxil olduğu dəstlərin tədarükü və paylanması vasitəsilə hökumətin cavab tədbirləri və yardım səylərini dəstəkləmək üçün tərəfdaşı Dövlət Miqrasiya Xidməti ilə səylərini birləşdirdi. COVID-19 haqqında məlumat vərəqələri, əl dezinfeksiyaedici məhlulu, termometrlər, əlcəklər, maskalar və antibakterial salfetlər olan dəstlər DMX-nın “Miqrasiya Könüllüləri” İctimai Birliyinin üzvləri tərəfindən Bakıda müvəqqəti məskunlaşan çətin vəziyyətə düşmüş miqrantlara (əcnəbi vətəndaşlara) çatdırılmışdır.
Ümumilikdə 276 miqranta qida, müvəqqəti mənzil təminatı, tibbi və sənədləşmə yardımı göstərilmiş və 400 miqrant fərdi qoruyucu vasitələri ilə təmin edilmişdir.
Yardım ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən maliyyələşdirilən Cənubi Qafqaz ölkələrində çətin vəziyyətə düşmüş və həssas miqrantlara (əcnəbi vətəndaşlara) humanitar yardım regional layihəsi çərçivəsində çatdırılmışdır.
|
|
|
|