Yarandığı ilk ildən etibarən müştəri mərkəzli olmağı əsas dəyərlərdən biri olaraq qəbul etmiş PAŞA Sığorta şirkəti Azərbaycanda müştəri məmnuniyyəti xidmətinin təkmilləşdirilməsi üzrə ISO 10002: 2018 sertifikatını əldə edən ilk sığorta şirkəti oldu. Qeyd edək ki, PAŞA Sığorta Azərbaycanda bütün fəaliyyət sahələri üzrə olan bizneslər arasında bu sertifikatı alan azsaylı şirkətlərdən biridir.
ISO 10002: 2018 sertifikasiyası şikayətlərin tənzimlənməsi üçün müştəri məmnuniyyəti üzrə beynəlxalq standartdır. Dəyərləndirmə zamanı şirkətin biznes prosesləri çərçivəsində hansı dərəcədə müştəri yönümlü olması əsas götürülür. PAŞA Sığorta şirkəti 2016-cı ildən etibarən, müştəri şikayət, irad və təkliflərinin vahid sistem üzərindən idarə edilməsi məqsədilə müştəri məmnuniyyəti xidməti yaratmışdır.
Qeyd etmək istərdik ki, şirkət, müştəri məmnuniyyətinin təkmilləşdirilməsi üçün əməkdaşların şikayət tənzimlənməsi ilə bağlı təlimlərdə mütəmadi iştirakını təmin edir. Sertifikasiya tələblərinə uyğun olaraq şirkətdə şikayətlərin tənzimlənməsi üçün tədbirlər planı tərtib olunur, daimi olaraq audit yoxlaması həyata keçirilir və proseslər hər zaman rəhbərliyin tam nəzarəti altında davam etdirilir.
ISO 10002 standartı ilə şirkət fəaliyyətinin problemli hissələrini təyin etmək və onları tamamilə aradan qaldırmaq imkanını əldə edir. ISO 10002-nin ən əsas üstünlükləri yüksək müştəri məmnunluğunun təmin edilməsi və xidmətin keyfiyyətinə qarşı öncədən əminlik formalaşdıra bilməsidir. PAŞA Sığorta şirkətində xidmət səviyyəsinin artırılması məqsədi ilə şikayətlərə nəzarət edən, analiz edən və onları həll edən vahid sistem mövcuddur.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir .