|
|
|
Digər xəbərlər | | | Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi region gənclərinin sahibklarıq fəaliyyətinə dəstək olur |
06.04.2021 | |
| |
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq Naminə İctimai Fəaliyyət” (PAR) layhihəsi çərçivəsində seçilmiş mikro-biznes təşəbbüslərinin dəstəklənməsi işlərini davam etdirir. PAR layihəsinin əsas hədəflərindən biri də bölgələrdə həssas qrupların maliyyə mənbələrinə çıxışına və onların əmək bazarında iştirakına dəstək olmaqdır. Bununla əlaqədar olaraq, 2021-ci ilin mart ayında Zaqatala, Balakən, Quba, Qusar, Lənkəran və Gəncədən olan səkkiz gənc benefisiara öz bizneslərini qurmağa imkan verəcək dərzilik avadanlıqları və ləvazimatlar verilmişdir. Qadın və gəncləri hədəf alan həssas icmalar üçün məşğulluq fəaliyyətləri onları iqtisadi cəhətdən güncləndirməklə bu qrupların dayanıqlılığını və sosial ahəngini artıracaqdır.
Ümumilikdə, adı çəkilən layihə çərçivəsində həssas icmalara dəstək məqsədi ilə həssas qruplara daxil şəxslərə kiçik biznesin inkişafı təlimləri keçirilir. Təlimlərdə iştirak etmiş icma üzvləri tərəfindən təqdim olunmuş və ekspertlər tərəfindən qiymətləndirmədən sonra seçilmiş uğurlu kiçik biznes planlarına maliyyə dəstəyin göstərilməsi vasitəsi ilə hədəf qrupları arasında özünüməşğulluq imkanlarının artırılması həyata keçirilir.
|
|
|
|