Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında qurulmuş əməkdaşlıq əlaqələri rəsmi Saziş ilə yenilənib.
Sazişi Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən İdarə Heyətinin sədri Günay Şahbazova,
Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən isə İcraçı direktor Elmar Mirsalayev imzalayıb.
Əldə olunmuş razılığa əsasən, iki peşəkar assosiasiya növbəti mərhələdə risk-sığorta istiqamətləri üzrə təşkil olunacaq təlim, seminar və sertifikasiya layihələrinin icrasında birgə iştirak edəcəklər.
Qeyd edək ki, ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə risklərin idarə olunması və maliyyə istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA İB-nin 1000-dən çox fərdi, 12 korporativ üzvü vardır.