1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilmişdir
16.05.2021

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) ölkə hökuməti ilə birlikdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hazırladığı universal IATA Travel Pass platformasının sınaqdan keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir.

IATA Travel Pass sərnişinlərin məlumatlarının yoxlanılması, səyahətə olan tələblərə dair milli qaydaların müəyyən edilməsi üçün mobil əlavəsidir. Mobil əlavə hökumətlər, aviaşirkətlər, laboratoriyalar və səyahətçilərin özləri arasında əməkdaşlıq yolu ilə testləşdirmə və peyvəndləmə barədə zəruri informasiya axınını yoxlamağa və nəzarət etməyə imkan yaradacaq.

Qeyd edilən məsələyə həsr edilmiş və videokonfrans formatında keçirilmiş müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbərliyi iştirak etmişlər.

Görüş zamanı qeyd olunmuşdur ki, mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və hava nəqliyyatı ilə sərnişin axınının COVID-19 pandemiyasından əvvəlki göstəricilərinin bərpa edilməsinə şərait yaradacaq.

“Biz uzun illərdir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə uğurla əməkdaşlıq edirik. IATA Travel Pass kimi rəqəmsal həllin tətbiqi yoxlama prosedurlarını sadələşdirir və koronavirus infeksiyasının yayılması risklərini minimuma endirir. Bu mobil əlavəni tətbiq edəcək ilk aviaşirkətlər sırasında olduğumuza görə IATA-ya təşəkkürümüzü bildiririk” – deyə “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov qeyd edib.

“IATA Travel Pass mobil əlavəsinin sınaq mərhələsində tətbiqi çərçivəsində Azərbaycan hökuməti və milli aviadaşıyıcısı ilə əməkdaşlığımızdan qürur duyuruq. Bu kimi rəqəmsal həllərin sınaqdan keçirilməsi ilə pandemiya dövründə beynəlxalq aviadaşımaların təhlükəsiz şəkildə bərpa olunmasına ümid edirik. Sərhədi keçən zaman belə bir mobil əlavənin istifadə etməsi həm sərnişinlərə, həm də hava yollarına, eyni zamanda ölkə hökumətinə faydalı olmasını nümayiş etdiririk”, - IATA-nın hava limanları, təhlükəsizlik, sərnişin və yük daşınması üzrə baş vitse-prezidenti Nik Karin bildirmişdir.

Sözügedən mobil əlavənin necə işləməsi barədə daha ətraflı məlumatı aşağıdakı link üzrə videoçarxda əldə etmək mümkündür: https://youtu.be/F_4mh9MSYuQ 

Hazırda “Azərbaycan Hava Yolları” aviaşirkəti tələbatın daha çox olduğu istiqamətlər üzrə xüsusi reyslər yerinə yetirir.  Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə əsasən bütün sərnişinlər qeydiyyat masasında uçuşdan əvvəl 48 saat ərzində aldıqları COVID-19 virusunun mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment