1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta Şirkəti əməkdaşları üçün ekotur təşkil edib
25.06.2021

25 ildir Azərbaycanın sığorta sektorunda fasiləsiz fəaliyyət göstərən, yaratdığı faydalı sığorta məhsulları vasitəsilə əhalinin maliyyə müdafiəsi üçün geniş imkanlar təqdim edən “Atəşgah” Sığorta Şirkəti əməkdaşların iştirakı ilə ekotur çərçivəsində “teambuilding” tədbiri həyata keçirib.

Son dövrlər aktual mövzuya çevrilən ekoturizm - təbiətin hazırki vəziyyəti ilə birbaşa maraqlanmaq, onun problemlərini dərk etməyə çalışmaq üçün həyata keçirilən səyahətdir. “Atəşgah” Sığorta öz növbəsində şirkətin vizyonuna sadiq qalaraq, keçirdiyi korporativ tədbirlərdə ətraf mühitin mühafizəsi istiqamətinə hər zaman mühüm yer ayırır.

Şirkətin 25 illik yubileyi ərəfəsində korporativ ruhu yüksəltmək məqsədilə komandaquruculuğu üzrə keçirilən ekoturda hər bir əməkdaşın iştirakı üçün lazımi şərait yaradılmış və 2 gün ərzində Qaranohur gölünə turlar təşkil olunmuşdur. 

Qaranohur turu əməkdaşların bir-birini daha yaxından tanımalarına, çətin anlarda bir-birlərinə dəstək olmalarına və onlarda yüksək iradə formalaşdırmağa xidmət etməklə yanaşı, həmçinin Şirkət əməkdaşları tərəfindən “Şahdağ” Milli Parkı ərazisində təmizlik işlərinin aparılması məqsədi daşımışdır.

Qaranohur gölü - Azərbaycanda bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biridir. Bu göl dağların arasında, sıx meşələrin ortasında,“Şahdağ” Milli Parkının ərazisində yerləşir. Dəniz səviyyəsindən 1520 metr yüksəklikdə yerləşən gölə çatmaq üçün “atəşgahlılar” 8 km-ə yaxın sürüşkən qayalar, qeyri-sabit torpaq kimi fərqli maneələrlə dolu çətin yol qət ediblər. Burada əsas məqsəd təbiətimizlə daha yaxından tanış olmaq, əməkdaşların iş mühitindən uzaqlaşaraq asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaq olmuşdur.

Şirkətdən alınan məlumata əsasən, əməkdaşlar üçün bu kimi tədbirlərin davamlı şəkildə həyata keçirilməsi planlaşdırılır.

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment