|
|
|
Sığorta | | | “Azərsığorta” şirkəti müasir tələblərə uyğun - YENİ OFİSƏ KÖÇDÜ |
09.03.2022 | |
| |
Azərbaycan sığorta bazarının ən iri şikrətlərindən olan “Azrəsığorta” Dövlət Sığorta Şirkəti işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə 09 mart tarixindən etibarən fəaliyyətini yeni ünvanda davam etdirir.
Müasir standartlara cavab verən yeni ofis Bakının Cəlil Məmmədquluzadə küçəsi 102A ünvanında yerləşir. Ofisdə işçilərlə yanaşı müştərilər üçün də əlverişli şərait yaradılmışdır.
“Azərsığorta” şirkətinin mətbuat katibi Elnur Hüseynquluyev: “Yeni ofisə köçməkdə əsas məqsədimiz əməkdaşlarımızın iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müştərilərimizə göstərə biləcəyimiz sığorta xidmətlərinin operativliyini və keyfiyyətini artırmaqdır. Ümumiyyətlə, müştəri məmnuniyyəti səviyyəsinin daha da artırılması, müştərilərimizin sığorta xidmdətlərinə ayıracağı vaxtı minimuma endirmək Şirkəmizin əsas strateji hədəflərindən biridir. Bu istiqamətdə Şirkətimiz tərəfindən atılan addımlardan biri keyfiyyətin daha da yüksəldilməsinə xidmət edəcək yeni strukturun formalaşdırılmasıdır. Bildiriəm ki, “Azərsığorta” şirkəti müasir və korporativ şirkətə çevrilməsi ilə bağlı aparılan yeniləmə işlərini bundan sonra da uğurla davam etdirəcək” , - deyə mətbuat katibi qeyd edib.
|
|
|
|