Qeyri-həyat sığorta bazarında liderliyini qoruyan “PAŞA Sığorta” şirkəti daha iki şirkət tərəfindən tender qalibi seçildi. Belə ki, Sahibkarlığın İnkişaf Fondu tərəfindən elan edilən açıq tender prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Tender komissiyasının qərarına əsasən, PAŞA Sığorta qalib elan edilib. Tender sorğusu nəticəsində, şirkətin əməkdaşlarının tibbi sığortası xidməti PAŞA Sığortaya həvalə olunub.
Eyni zamanda, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malik “MKT İstehsalat Kommersiya” MMC tərəfindən keçirilən könüllü tibbi sığorta tenderinin sorğusunda ən uyğun seçim olaraq PAŞA Sığorta ASC təyin edilmişdir.
Qeyd etmək istərdik ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.