1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulan ilk Azərbaycan bankıdır
09.06.2022

AccessBank BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub (WEPs). BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır və müəssisələri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir.  

Azərbaycanda hazırda 11 şirkət Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub. AccessBank bu prinsiplərə dəstək olan ilk yerli bankdır. 

Bankın İdarə Heyətinin sədri Davit Tsiklauri Qadınların Gücləndirilməsi Prinsiplərinin imzaçısı olmaqdan qürur duyduğunu vurğulayır: ”Biz mikromaliyyələşdirmə bankı olaraq kiçik və orta sahibkarlığa diqqət yetiririk və inanırıq ki, biznesdə qadınların bütün səviyyələrdə təmsil olunması ölkənin gələcək inkişafı üçün vacibdir. AccessBank olaraq, uzun müddətdir ki, komandamızda, eləcə də dəstəklədiyimiz kiçik bizneslərdə müxtəliflik və inklüzivliyin tərəfdarıyıq.  Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulmaqdan və bu sahədə ilk bank olmaqdan qürur duyuruq.” 

BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bist vurğulayır: ”Bərabərsizliyin azaldılması və heç kimin diqqətdən kənar qalmaması məqsədilə qadınların iqtisadi səlahiyyətləndirilməsi  və gender bərabərliyinin təmin edilməsi, həmçinin qadın təşkilatlarının gücləndirilməsi 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə əsasən hamı üçün dayanıqlı inkişafa nail olmağın ilkin şərtlərindən biridir. BMTİP olaraq Azərbaycanda fəaliyyət göstərən şirkətləri QSP-ya qoşularaq iş yerlərində gender bərabərliyini təmin etməyə çağırırıq. İnanırıq ki, özəl şirkətlərlə tərəfdaşlıq şəraitində məqsədimizə nail olacayıq.”

Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir. 

Layihənin əsas məqsədi qadınların, xüsusilə də aztəminatlı və sosial cəhətdən diqqət mərkəzindən kənarda qalmış qadınların iqtisadi cəhətdən gücləndirilməsi və qərarların qəbulunda iştiraklarını təmin etməkdir. Layihənin əsas hədəflərindən biri Qlobal Sazişi (UN Global Compact) təbliğ edərək özəl sektorun gender bərabərliyinin təşviqində iştirakını və qadınların ehtiyaclarına həssaslığı artırmaqdır.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment