1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank 20 illik yubileyini qeyd edir və daha böyük nailiyyətlərə doğru addımlayır”: İdarə Heyətinin sədri David Tsiklauri ilə müsahibə
23.06.2022

AccessBank bu il 20 illik yubileyini qeyd edir. İdarə Heyətinin sədri David Tsiklauri müsahibəsində Bankın 20 illik fəaliyyəti, hazırkı vəziyyəti, eləcə də gələcək planlar barədə danışıb.  

- Cənab Tsiklauri, sizcə, AccessBank-ın son 20 ildə Azərbaycan bazarında  inkişafına və uğur qazanmasına nə kömək edib?

AccessBank-da yarım ilə yaxın işləyib bu qənaətə gəlmişəm ki, Bankın uğur düsturu onun insanları – komandamız, Müşahidə Şurası və səhmdarlarımızdır. Bazarın son illər üzləşdiyi bəzi çətinliklərə baxmayaraq, AccessBank-da işimizi səmərəli şəkildə həyata keçirmək üçün hər zaman enerjili və əzmkarıq. AccessBank həm də yüksək korporativ idarəetmə və şəffaflıq standartları ilə seçilir. Bu, 20 ildən artıqdır ki, bankın uğur və rifahının resepti olaraq qalır.

- Son 20 il ərzində AccessBank Azərbaycanda mikromaliyyələşdirmə mədəniyyətinin formalaşdırılması və daha da möhkəmlənməsinə böyük töhfələr verib. Yerli bazarda AccessBank üçün bu gün və yaxın gələcəkdə  hansı imkanları görürsünüz?

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə üzrə açıq-aşkar liderdir və biz bu seqmentdə mövqeyimizi qoruyub saxlamaq niyyətindəyik. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının yüksək inkişaf dinamikası ilə onun bütün sektorlarında mikro biznesin kreditləşdirilməsi üçün daha çox imkanlar yaranacaq. Kiçik və orta biznesi daha çox dəstəkləmək məqsədilə AccessBank bu seqmentin artan ehtiyaclarına yönəlmiş bir çox təşəbbüslər hazırlayır. Eyni zamanda, müştərilərin müxtəlif növ maliyyə sorğularına   baxılma müddətini xeyli azaltmaq niyyətindəyik ki, onlar ehtiyac duyduqları vəsaitləri daha tez əldə edə bilsinlər. 

Digər tərəfdən, pərakəndə satış seqmenti də AccessBank üçün çox maraqlıdır, çünki bazar bizə kifayət qədər mənimsənilmiş kimi görünmür. Müddətli əmanətlərin həcminə görə ən böyük banklardan biriyik. Bu o deməkdir ki, AccessBank-a güvənirlər. Biz pərakəndə satış seqmenti üçün təkliflərimizin çeşidini genişləndirmək niyyətindəyik ki, müştərilərimiz təkcə yığım deyil, həm də gündəlik həyatda bu təkliflərdən istifadə edə bilsinlər.

- İnkişaf etməkdə olan bazar reallıqları qısamüddətli planlaşdırmanı diktə edir, amma soruşmaq istərdim... AccessBank-ın 20 illik yubileyi mühüm mərhələdir. Bankı 30 illiyində necə təsəvvür edirsiniz? 

Həqiqətən də sürətlə inkişaf edən regionda və daim böyüyən bazarda fəaliyyət göstəririk. Hər 4-5 ildən bir maliyyə institutlarının fəaliyyət göstərdiyi mühitə yetəri qədər təsir göstərən dəyişikliklər baş verir və biz baş verənlərə uyğunlaşmalıyıq. Məsələn, COVID-19 pandemiyası bizə heç vaxt ağlımıza gəlməyəcək şeylər öyrətdi. 

Gəlin, Bankın 30 illik yubileyi haqqında deyil, daha qısa müddətdən danışım - deyək ki, 3 il sonra. Əminəm ki, 3 ildən sonra AccessBank həm kiçik və orta biznesin maliyyələşdirilməsi, həm də pərakəndə satış üzrə əsas oyunçu olacaq. Mən AccessBank-ı müştərilər üçün sadə və effektiv maliyyə məhsulları təqdim etmək üçün innovasiyalara sərmayə qoyan bank kimi görürəm.

- AccessBank-da işləməkdə ən çox nəyi bəyənirsiniz?

Məmnun müştəriləri! Onları görmək çox xoşdur. Müştərilərimizi məmnun etmək üçün komandamızın daim təkmilləşdirməyə və reallaşdırmağa çalışdığı  hər bir əməliyyatın pərdəarxası məqamları var. Komanda tərəfindən pərdəarxası işlərin düzgün qurulduğunun göstəricisi isə məhz həmin o məmnun müştərilərdir.   

AccessBank komandası ilə istənilən planları həyata keçirmək olar. Ətrafımda həmfikir insanlar görmək və onlarla işləmək çox xoşdur

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment