|
|
|
Banklar | | | Mərkəzi Bankın məlumatı |
09.09.2022 | |
| |
Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən “Whatsapp” platforması üzərindən Mərkəzi Banka müraciətin edilməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılmışdır.
Bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq.
|
|
|
|