1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Mürəkkəb təhdidlərlə mübarizə indi daha asandır: Optimal Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib
30.09.2022

Kaspersky Optimal Biznes üçün Kaspersky EDR (Endpoint Detection and Response) həllinin yenilənmiş versiyasını təqdim edib. Yeni versiyaya insidentlərə cavab verilməsi üzrə ən yaxşı təcrübələrə və fayl reputasiyası üzrə Threat Intelligence analitik məlumatlarına giriş daxil dilib.

Kaspersky-nin məlumatına görə, 2020ci il* ilə müqayisədə 2021-ci ildə yüksək kritik kiber insidentlərin payı 9%-dən 14%-ə yüksəlib. Optimal Biznes üçün Kaspersky EDR həllinin yenilənmiş versiyası sizə hadisələri araşdırmaq və onlara cavab vermək üçün lazım olan bacarıqları əldə etmək imkanı verir. Həll məhdud vaxt çərçivəsində bu tapşırıqları yerinə yetirməyinizə kömək etmək üçün tövsiyə olunan bütöv bir tədbirlər bölməsinə malikdir.

Məhsula həmçinin sistem fayllarını qorumaq funksiyası əlavə edilib. Əgər inzibatçı səhvən insidentlərə cavab vermək imkanlarından istifadə edərək belə bir faylı silməyə və ya kilidləməyə cəhd edərsə, sistem bunun qarşısını alacaq.

Kaspersky Threat Intelligence Portal-dakı fayl reputasiyası məlumatları indi birbaşa konsoldan əldə edilə bilər. İstifadəçi hansı faylların təhlükəsiz, hansının zərərli və ya şübhəli olduğunu görə bilər. Məhsul həmçinin zərərli proqramların ən çox hansı regionlarda və ya ölkələrdə aşkar edildiyini öyrənməyə imkan verir və fayllar haqqında əlavə məlumatların yer aldığı analitik məlumat portalına keçid təqdim edir.

"Komandamız Optimal Biznes üçün Kaspersky EDR həllini təkmilləşdirmək üzərində işləyərkən məqsədlərdən biri həllin bütün xüsusiyyətlərini hər bir istifadəçi, hətta kiber insidentləri araşdırmağı və onlara reaksiya verməyi yenicə öyrənənlər üçün də əlçatan etmək idi", - deyə Kaspersky-nin aparıcı məhsul meneceri Pavel Petrov bildirir. “Yeni funksiyalar müştərilərimizə təkcə şirkəti bir çox təhlükələrdən qorumağa deyil, həm də daxili informasiya təhlükəsizliyi komandası arasında EDR biliklərini artırmağa imkan verəcək”.

Ötən il Kaspersky Endpoint Detection and Response həlli bir neçə beynəlxalq mükafata layiq görülüb. Məhsul SE Labs, IDC, Radicati də daxil olmaqla müstəqil sınaqlarda əla nəticələr göstərib.

Optimal Biznes üçün Kaspersky EDR iş yerlərinin mühafizəsinə EDR-in əsas imkanlarının əlavə edildiyi bir məhsuldur. Hərtərəfli düşünülmüş avtomatlaşdırma ilə hətta kiçik bir informasiya təhlükəsizliyi departamentinə malik şirkətlər belə mürəkkəb təhdidlərə effektiv cavab verə və insidentin ana səbəblərinin təhlilini apara bilərlər. Optimal Biznes üçün Kaspersky EDR fundamental informasiya təhlükəsizliyi təcrübəsi olan şirkətlər üçün nəzərdə tutulmuş Kaspersky Optimum Security səviyyəsinə daxildir. Təkmil informasiya təhlükəsizliyi funksiyalarına malik iri şirkətlər üçün isə Kaspersky EDR Expert nəzərdə tutulub.

Optimal Biznes üçün Kaspersky EDR haqqında daha ətraflı məlumat buradadır: https://www.kaspersky.ru/small-to-medium-business-security/endpoint-optimum

* Kiber insidentlərin ümumi sayında insanların və yoluxmaların iştirakı ilə həyata keçirilərək biznesə ciddi təsir göstərən hücumların faizi. Kaspersky Managed Detection and Response (MDR) xidmətinin müştərilərindən alınan anonim məlumatlara əsaslanan statistika.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment