Rəqəmsal dünya inkişaf etdikcə, təcrübəli mütəxəssislərə tələbat artır. Rabitəbank olaraq biz də “Azərbaycan Jurnalistlər Şəbəkəsi” ilə birlikə gənclər üçün “Rəqəmsal dünyada jurnalistika” layihəsinə start veririk.
Layihə çərçivəsində iki ay müddətində jurnalistikaya marağı olan və bu sahədə fəaliyyət göstərmək istəyən gənclər üçün silsilə təlim sessiyaları təşkil olunacaq. Təlimlərdə müasir rəqəmsal alətlərdən istifadə edərək xəbərlərin hazırlanması, eləcə də biznes xəbərlərinin istehsalına dair müxtəlif bilik və bacarıqlar öyrədiləcək.
Layihə müddətində iştirakçılar ölkənin tanınmış jurnalistləri, həmçinin rəqəmsal sahə üzrə mütəxəssislərin təlimlərində iştirak edə biləcəklər. Bundan başqa, gənclər üçün ölkənin aparıcı media qurumlarına səfər turları təşkil olunacaq.
Təlimlərdə iştirak seçim turu vasitəsilə həyata keçiriləcək. Qatılmaq üçün linkə daxil olub, formu doldurun: - https://forms.gle/e1XbLJc4zyVBaD819