“Muğanbank” ASC və “Mastercard” beynəlxalq ödəniş sisteminin birgə layihəsi olan “Muğanbank P2P” pul köçürmə sistemində yeni kampaniyaya start verilib.
Bu sistem vasitəsilə 11.12.2022-ci il tarixinədək keçiriləcək kampaniya çərçivəsində Muğanbankın istənilən filial və ya şöbəsinə yaxınlaşaraq dünyanın 100-dən çox ölkəsinə komissiyasız pul köçürmələri etməyə imkan yaranır.
“Muğanbank P2P”-nin ən böyük üstünlüklərindən biri sürətli və təhlükəsiz şəkildə vəsaitin birbaşa göndərilən şəxsin hesabına anında köçürülməsi və alan ölkənin valyutasına uyğun konvertasiya edilə bilməsidir. Bunun üçün Muğanbankda USD valyutalı hesab açmaq kifayətdir.
Ətraflı məlumat üçün 933 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya Muğanbankın sizə ən yaxın filialına müraciət edə bilərsiniz.