1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank hazırda çox möhkəm təməl üzərində dayanır.”: Corc Rubli, AccessBank-ın Müşahidə Şurasının üzvü
15.12.2022

- Cənab Rubli, siz Asiya İnkişaf Bankını təmsil edirsiniz. AİB-in Azərbaycandakı fəaliyyəti və AccessBank-a investisiyasının təşkilatın ölkə üçün mandatına uyğunlaşması haqda nə deyə bilərsiniz?

- AİB 1999-cu ildən bəri Azərbaycanda fəaliyyət göstərir və iqtisadiyyatın şaxələndirilməsi, sosial inklüzivlik və ekoloji dayanıqlığın dəstəklənməsi məqsədilə ölkədə iş mühitinin gücləndirilməsi üçün dövlət və özəl sektora təxmini 5.2 milyard ABŞ dolları məbləğində yardım edib. Bank eyni məqsədlər üçün çoxsaylı texniki yardım layihələri həyata keçirib. AİB-in ölkə ilə əlaqəsi enerji və maliyyədən tutmuş, səhiyyə və təhsilə qədər bir sıra sektorlara yönəlib.

AİB-in AccessBank-ın səhmdarları sırasında yer almasının səbəbi Bankın ölkədə  mikromaliyyə və kənd təsərrüfatı sektorlarının inkişafına dəstəyinin davamlı olmasını görmək istəyidir. 

AccessBank 2015-ci ildən sonra bir çox çətinliklərlə üzləşsə də, Bank hazırda ölkənin ən böyük müştəri bazalarından birinə nümunəvi xidmətlər təqdim edir, davamlı şəkildə böyüyür və çox möhkəm təməl üzərində dayanır.

- İnkişaf etməkdə olan bazarlarda, o cümlədən də Azərbaycanda maliyyə inklüzivliyi AİB üçün nə ifadə edir? Bu, bank xidmətlərinin əhatə dairəsini genişləndirməkdir, yoxsa bundan da artığıdır?

- Maliyyə inklüzivliyi, yəni əhalinin müxtəlif təbəqələrinin maliyyə resurslarına çıxışını təmin etmək sosial, coğrafi və bizneslə əlaqəli bir çox komponentləri əhatə edir. Maliyyə əlçatanlığı nə qədər yüksək olursa, iqtisadi artım potensialı da bir o qədər çox olur. Bu da öz növbəsində gəlirləri artırır, əhalini yoxsulluq həddindən mümkün qədər uzaqlaşdırır və ölkənin iqtisadi sabitliyini artırır.

- Ən böyük səhmdarın (AİB) yaxın 5 ildə AccessBank-dan gözləntiləri nədir?

- Həm kapitalın rentabelliyini, həm də geniş müştəri xidmətlərini təmin etmək üçün portfel keyfiyyəti, kapital adekvatlığı və gəlirlilik kimi əsas göstəricilərdə təkmilləşdirmə gözləyirəm. Əminəm ki, bankın bütün kollektivi, o cümlədən baş ofisin və ölkə üzrə filialların əməkdaşları gözləntilərimizi doğruldacaq və daha da böyük nailiyyətlər əldə edəcəklər.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment