1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Sahibkarlar Unibanka təşəkkür edirlər
23.12.2022

Etibarlı maliyyə tərəfdaşı biznes sahibinin ən yaxın dostudur. 30 illik yubileyini qeyd edən Unibank, bu illər ərzində onminlərlə sahibkarın etibarlı maliyyə tərəfdaşı, bizneslərinin inkişafında ən yaxın dəstəkçisi olub. Hazırda Bankın biznes müştəriləri siyahısında yüzlərlə sahibkar var ki, onlar ilk bizneslərini “Unibank”ın maliyyə dəstəyi ilə qurublar və uzun illərdir bu dəstək davam edir. Biznes sahiblərinin bu uzun müddətdə bankla əməkdaşlıqda loyal, etibarlı münasibətlərinin səbəbi nədir? Sahibkarlar uzunmüddətli maliyyə tərəfdaşı olaraq niyə “Unibank”ı seçirlər? Bu sualları biznes sahibləri cavablandırıb.

27 ildən artıq müddətdə “Unibank”ın müştərisi olan sahibkar Əlibala müəllim hesab edir ki, müştərini bankda saxlayan əsas amil hörmət, səmimi münasibət və qarşılıqlı etibardır: “Unibank bu gün həm bazarın ən yenilikçi banklarından biridir, həm də dəyərlərinə sadiqdir. 27 il əvvəl mən ilk dəfə banka kredit üçün müraciət etmişəm, bu gün isə “Unibank”dan sahibkara lazım olan bütün xidmətləri ala bilirəm. Banka getmədən bu qədər xidmət, məhsul ala bilmək iş adamına çox vaxt qazandırır. “Unibank”la aramızda hər zaman qarşılıqlı etibar olub və burda ən xoşuma gələn, müştəriyə dost kimi baxılmasıdır. Bu illər ərzində bankla aramızda yaranan münasibət işgüzar əməkdaşlıqdan çox etibarlı dost münasibətidir. Bankın dəstəyi sayəsində biz də ölkəmizin iqtisadiyyatına öz faydamızı veririk”.  

Sahibkar Faiq müəllim 1998-ci ildən bankın müştərisidir. “Unibank”ın ən bəyəndiyi tərəfi hər zaman yeniliklərə açıq olmasıdır: “Unibank bu gün bazarın ən innovativ banklarından biridir. Bizim şirkət hesabımız da burdadır. “Unibank müştəri ilə daim ünsiyyətdə olur, kolektivi səmimidir, hər zaman müştərini dinləyir, anlayır və dəstək olurlar. Ona görə də bu işgüzar münasibətlər zamanla dostluğa çevrilir. Bu gün mən lazım olan bütün xidmətləri banka getmədən, elə işimin başında bankımdan ala bilirəm. Demək olar ki, əksər xidmətlərdən onlayn formada istifadə edə bilirəm”.

Sahibkar Mürvət müəllim 12 ildən çoxdur “Unibank”ın müştərisidir: “Unibank dayanıqlı maliyyə dəstəyi ilə Azərbaycanda aqrar sektorun, sənayenin inkişafna hər zaman xüsusi dəstəyini göstərib. Biz sahibkarlar olaraq bu dəstəyi hər zaman müşahidə etmişik. Bu 12 il ərzində mən banka nə vaxt müaraciət etmişəm, anında biznesimə dəstək göstərilib. Söhbət tək kredit müraciətindən getmir. Bank xidmətlərindən onlayn formada istifadə etmək, operativ xidmət, sərfəli əmək haqqı layihəsi bankın müştərisi olan sahibkarların işini xeyli asanlaşdırır. Bankın əməkdaşları hər zaman xoş münasibət, məsuliyyətli davranış və yüksək peşakarlıq göstərib. “Unibank”da müştəriyönümlülük, dostyana münasibət məni həmişə razı salıb. Arzu edirəm ki, Unibank ölkə bank sektorunda hər zaman layiqli yerini tutsun”.  

Sahibkar Nizam müəllim də 13 ildir “Unibank”ın müştərisidir. Sahibkar bankı 24/7 bank adlandırır: “Bu uzun müddətdə “Unibank”la çox xoş bir əməkdaşlıq münasibətimiz, hətta deyərdim ki səmimi dostluğumuz yaranıb. Hər lazım olduğunda anında bankın dəstəyini hiss etmişəm. Ən əsası isə Unibank mənim 24/7 bankımdır. Həftənin hansı günündən, günün hansı vaxtından asılı olmayaraq, nə vaxt ehtiyac yaranarsa, bilirəm ki məsələ həllini tapacaq. Bankın əməkdaşlarından çox razıyam, hər zaman səmimiyyət və peşəkar münasibət görmüşəm. Əminliklə deyə bilərəm ki, bu illər ərzində biz “Unibank”la bir partnyor, maliyyə tərəfdaşı deyil, yaxın və etibarlı dost olmuşuq”.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment