1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank-ı böyük gələcək gözləyir.”: Verner Klas, AccessBank-ın Müşahidə Şurasının üzvü ilə müsahibə
17.01.2023

- Cənab Klas, siz regionunda üç müxtəlif bankın Müşahidə Şurası və Komitəsinin üzvüsünüz. Azərbaycanın bank sektoru regionun digər ölkələrindən nə ilə fərqlənir?

- Şərqi Avropa bank sektorunda Qərbi Avropa banklarının törəmə şirkətləri üstünlük təşkil edir. Nəticədə, onlar maliyyə dəstəyindən (kapital, borclar) əməliyyat dəstəyinə (texnologiya, təlim, risklərin idarə edilməsi) qədər müxtəlif səviyyələrdə dəstəkdən faydalanırlar. Özü-özünü təmin edən Azərbaycan bank sektoru üçün bu vəziyyət keçərli deyil. 

Şərqi Avropa bankları qısamüddətli perspektivdə nəticələr verməyə məcburdurlar. Çünki onların əsas şirkətləri birjalarda iştirak edirlər və investisiya analitikləri tərəfindən yaxından izlənilirlər. Bu vəziyyət bankların uzunmüddətli perspektivə kifayət qədər diqqət yetirməmələrinə gətirib çıxarır. 

- Azərbaycan bank sektorunu necə mövqeləndirərdiniz və yerli banklar və AccessBank yaxın gələcəkdə hansı sahələrə diqqət yetirməlidir?

- Bank sektoru heç vaxt fəaliyyət göstərdiyi iqtisadiyyatdan tam ayrıla bilməz. Ölkənin qaz və neftdən yüksək asılılığını nəzərə alaraq, banklar iqtisadiyyatın diverifikasiyasında əsas rolda çıxış etməlidirlər. 

AccessBank əsas müştəri bazası üçün ekosistem qurmaqla mikro, KOB və pərakəndə müştərilərin qeyri-bank və qeyri-maliyyə iştirakçıları ilə daha sıx inteqrasiyasına imkan yaratmalıdır. Bank, müştərilər üçün təqdim etdiyi xidmətlərin keyfiyyətini azaltmadan paylaşım kanallarını genişləndirməli və texnologiyasını təkmilləşdirməlidir.

- Yaxın 5 ildə AccessBank-dan gözləntiləriniz nələrdir?

- Bankın gələcək fəaliyyəti onun insan resurslarının və sistemlərinin keyfiyyəti ilə müəyyən edilir. Nəzərə alaq ki, sistemlər də insanlar tərəfindən qurulur. 

Fikrimcə, AccessBank-ı böyük gələcək gözləyir. Bank faktiki olaraq istənilən növ böhrandan uğurla çıxdığını sübut edib, yerli və hətta regional kontekstdə həddindən artıq çeviklik və yaradıcılıq nümayiş etdirib.

Yuxarıda qeyd etdiklərimə əsasən, bankın mikro, KOB və pərakəndə bankçılıqda bazar payını artıracağını, əsas seqmentləri üçün aparıcı maliyyə institutuna çevriləcəyini gözləyirəm. Həmçinin yüksək gəlirlilik və maliyyə dayanıqlılığına nail olacağına ümid edirəm.


 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment