1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank ötən ilin maliyyə nəticələrini açıqlayıb
25.01.2023

“Unibank” KB ASC 2022-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 24.5 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. İl ərzində cəmi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 % artaraq, 233 milyon manat təşkil edib. 2022-ci ildə qazanılmış faiz gəlirləri 163 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 70 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 75%, faiz gəlirləri isə 34% artıb.  

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2022-ci ilin Bank üçün vacib il olduğunu bildirib: “Unibankın 30 illik yubiley ili kimi qeyd etdiyimiz 2022-ci il, bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldı. Artan rəqabət, sürətlə yenilənən texnologiya və müştərilərin innovativ məhsul və xidmətlərə tələblərini layiqincə qarşılamaq üçün ötən il ərzində bank yeni xidmət və məhsulların tətbiqi, eləcə də rəqəmsallaşmanın sürətləndirilməsi üçün sərmayə qoyuluşlarını davam etdirib. Unibank ölkə iqtisadiyyatının maliyyələşdirilməsində yaxından iştirakla yanaşı, biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyətinin avtomatlaşdırılması, bank xidmətlərindən kənarda qalan əhalinin banka cəlbi, bütün sahələrdə rəqəmsallaşmanın sürətləndirilməsi üçün ciddi investisiya layihələri həyata keçirib. Bu sərmayələr Bankın və əməkdaşların inkişafını və gələcək hədəflərini təmin etmək, müştərilərin bank məhsul və xidmətlərindən istifadəsini daha da yaxşılaşdırmaqla yanaşı, bu ildən etibarən maliyyə  nəticələrinə də müsbət təsirini göstərəcəkdir. Yatırdığımız bu böyük investisiyaların nəticələri yaxın illərdə daha açıq şəkildə hiss olunacaq. 2022-ci ildə həyata keçirilən tədbirlər bankın vacib maliyyə göstəricilərinin nəzərəçarpan artımını da göstərir. İlin sonunda bankın aktivləri öz tarixi maksimumuna çataraq, 1,4 milyard manatı ötüb. Uğurla başa çatdırılan kapitallaşma prosesi nəticəsində bankın kapitalı 31 milyon manata yaxın artıb.

2023-cü il üçün də böyük hədəflərimiz, yeni daxili inkişaf layihələrimiz və müştərilərimiz üçün planladığımız  yeniliklər var. İnanırıq ki, bu il də Unibank və ümumilikdə ölkə bank sektoru üçün əhəmiyyətli illərdən biri olacaq”.   

2022-ci il ərzində bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2022-ci ilin əvvəli ilə müqayisədə ilin sonunda “Unibank”ın ümumi kredit portfelinin həcmi  20% artıb.

Hər zaman olduğu kimi ötən il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 56% artıb. İl ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 336 milyon manat təşkil edib. Biznes kreditləri portfeli 31 dekabr 2022-ci il tarixinə 274 milyon manat təşkil edib. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, “Unibank”ı seçən biznes sahblərinin sayı 2021-ci illə müqayisədə 12%-ə yaxın artıb. 

“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, 2022-ci il ərzində verilən mikrokreditlərin əksəriyyəti bu xidmət vasitəsilə ayrılıb. İl ərzində onlayn formada açılan biznes hesabların və onlayn rəsmiləşdirilən kreditlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Pərakəndə bank müştərilərinin də bank xidmətlərində rəqəmsal kanallara üstünlük verməsində ciddi artımlar qeydə alınıb. 

Son illərdə dünyada və qlobal iqtisadiyyatda baş verən hadisələr fonunda Bank əvvəlki kimi kredit risklərinə xüsusi diqqətlə yanaşaraq, ehtiyatların yaradılması ilə bağlı konservativ siyasətini davam etdirir. Bu məqsədlə ötən il ərzində 26 milyon manat ehtiyatlara ayırmalar edib. 

2022-ci ildə bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ilin sonuna “Unibank”ın aktivlərinın həcmində 39% artım qeydə alınıb. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 0,6 milyon manata yaxın olub. Kapitallaşma proqramının uğurla başa çatdırılmasının nəticəsi olaraq, Bankın məcmu kapitalı 20% artaraq,  128 milyon manata çatıb.  

Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli 286 milyon manat artaraq, 31 dekabr  2022-ci il tarixinə 990 milyon manat təşkil edib.

Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2021-ci illə müqayisədə ötən il Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 5 dəfə çoxalıb, həcmi isə 3 dəfədən çox artaraq 8 milyard manata çatıb. Ümumilikdə isə 2021-ci illə müqayisədə 2022-ci ildə Unibank kart sahiblərinin sayında 86% artım olub. 

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  

Unibank-Sənin Bankın!

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment