1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank-ın aktivləri 287 mln manat artıb
25.01.2023

Yelo Bank 2022-ci ilin 4-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə ilin əvvəlindən başlatdığı müsbət artım dinamikasını son rüb də davam etdirib. Belə ki, Bankın aktivləri bir il ərzində 287 mln manat artaraq 821 mln manatı keçib.

Bankın uzun müddətdir ki, kredit portfeli üzrə inkişafı uğurla davam etdirilir. Ümumi portfel il ərzində 176 mln artaraq 622 mln manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. 2022-ci il ərzində Yelo Bank tərəfindən 19 mindən çox biznes krediti verilib ki, nəticədə biznes kredit portfeli 137 mln, yəni 53% artaraq 396 mln manata yüksəlib.

Dördüncü rüb ərzində 5000-dən çox müştəriyə 46 mln manat istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə kredit portfeli il ərzində 22%, yəni 39,9 mln artımla 220 mln manatı ötüb. Bu satışın 30%-i, eləcə də portfel artımının 49%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Bu isə Yelo Banka olan inam və etibarın göstəricisidir. Belə ki, 2022-ci il ərzində 10 mindən çox müştəri öz əmanətlərini Yelo Bank-a etibar edib və nəticədə ümumi əmanət portfeli 62% artımla 572 mln manatı ötüb. Cəlb olunan əmanətlərin arasında yeni müştərilərin sayının da sürətlə artması Bankın həm xidmət keyfiyyəti, həm şərtlər baxımından əlverişli olduğunu göstərir. 

Eyni zamanda hesabat dövrü üzrə Bankın faiz gəlirləri 86 mln manat olub. Bu isə 2021-ci il ilə müqayisədə 23 mln manat daha çoxdur. Qeyd edək ki, Bank ili 5.2 mln manat xalis mənfəətlə başa vurub.

Hesabat dövrünə Bank-ın məcmu kapitalı 93 mln manatı ötüb. Bu da requlyativ tələbdən 43 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.13%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.84% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

Qeyd edək ki, 2022-ci il ərzində Yelo Bank xidmət şəbəkəsini genişləndirib. Regionlarda bir neçə filial açılıb, mövcud filiallar isə təkmilləşdirilib. Yeni istifadəyə verilən filialların əksəriyyəti rəqəmsal konseptlidir. Belə konseptli filialların əsas məqsədi bank əməliyyatlarını çevik və rahat şəkildə müştərilərə təqdim etmək, həmçinin, nağdsız ödənişlərin stimullaşdırılmasına töhfə verməkdir.

Bankın parlaq uğurları bununla bitmir. Nağdsız əməliyyatların stimullaşdırılması istiqamətində Bank ötən il ərzində innovativ yeniliklər və xidmətlər təqdim edib. Nəticədə 2022-ci ildə Bankın nağdsız ödəmə dövriyyəsi ötən illə müqayisədə 70%-dək çoxalıb. Müştəri rahatlığı üçün bir sıra rəqəmsal yeniliklər də gətirilib. Məhz buna görə Markswebb konsaltinq agentliyi tərəfindən Mobile Banking Day Baku konfransında 1000 kriteriya üzrə dəyərləndirilmiş Yelo App ən rahat mobil tətbiq seçilib. Yelo Bank 2023-cü ildə də bank sektoruna parlaq yeniliklər gətirməyə davam edəcək.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment