1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB-dən ətraf mühit və yaşıl artıma dəstək
27.01.2023

Vətəndaşlıq məsuliyyəti dəyərinə sadiq qalan ABB ölkəmizin gələcəyinə töhfə vermək üçün sosial proqramlarını davam etdirir. Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında ödəniş kartları sahəsində yeniliyə imza atıb. ABB-nin TamEco kartı müştərilərə təqdim edilib. 

Müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkiləcək. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olacaq. 

 Kampaniya çərçivəsində onlayn sifariş zamanı kart pulsuzdur. İanəni müştərinin adından Bank öz hesabına ödəyəcək. Kart dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır.

26 yanvar 2023-cü ildə Zirə EKO park-da kartın təqdimatı olub. ABB,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Visa nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, TamEco kartı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl gələcək” layihəsi çərçivəsində yaradılmış bank məhsuludur. Layihənin məqsədi ölkə ərazisində yaşıllıqların artırılması, cəmiyyətdə ekoloji mədəniyyətin inkişafı, ətraf mühitlə bağlı fərdi məsuliyyət hissinin gücləndirilməsidir. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib: “Yaşıl gələcək” layihəsinin bu gün geniş ictimaiyyətə çatdırılması ekoloji maariflənmə işinə bir töhfədir. Layihə vasitəsilə hər kəs ölkəmizin yaşıllaşdırılmasında iştirak edib dəstək göstərə biləcək”.

ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib ki, TamEco məhsulu ilə ABB sektorda daha bir maraqlı nümunə yaradır: “TamEco kartı ABB-nin sosial məsuliyyətinə əsaslanır. ABB olaraq biz müxtəlif innovativ həllərimizlə təmassız ödəniş imkanlarını genişləndiririk. Bank əməliyyatlarını kartlardan istifadə etmədən mobil cihazlarla aparan müştərilərimizin sayı sürətlə artır. Bununla belə, gözləntilərə görə, yaxın illər ərzində bütün dünyada plastik ödəniş kartlarından istifadə vərdişləri də müəyyən səviyyədə hələ qalacaq. TamEco kartının məqsədi, bank kartlarından istifadəni ətraf mühit üçün daha faydalı etməkdir. Bu kartın təqdim olunmasında ABB-nin biznes maraqları ilə yanaşı, sosial maraqları da böyükdür”.

Visanın Azərbaycan və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, regional menecer Kristina Doroş bildirib: “Visa bütün dünyada bu istiqamətdə layihələri dəstəkləyərək davamlı inkişafa böyük diqqət yetirir. TamEco kartının Azərbaycanda təqdim olunmasından məmnunuq. Bu, təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropada, Yaxın Şərq və Afrika regionunda təqdim olunmuş ilk eko kartdır.  TamEco kart məhsulunun unikallığı ondan ibarətdir ki, o, dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Belə plastik materialı bir neçə dəfə təkrar emal etmək olur. Bu, ətraf mühitin yaxşılaşdırılmasına töhfə verməklə təbiəti təmizləməyə imkan verir. ABB ilə tərəfdaşlıq əsasında Azərbaycanda belə bir layihə reallaşdırmaqdan qürur duyuruq”. 

TamEco kartı debet hesab qalığına illik 7% gəlir gətirir. Müştərilərə 20%-dək keşbək qazandırır. Onunla “Kartdan-karta” və nağdlaşdırma xidmətlərindən istifadə pulsuzdur. Kombo məhsul olaraq kart kredit limitini də istənilən vaxt aktivləşdirmək imkanı verir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment