|
|
|
Banklar | | | Unibank: Türkiyəyə ianə köçürmələrindən vergi və komissiya tutulmur |
08.02.2023 | |
| |
Unibank KB Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə və bütün türk xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
Bank, zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə maddi dəstək göstərmək istəyən vətəndaşlarımızın diqqətinə çatdırır ki, mövcud hesablara ianə məqsədli köçürmələrdən ƏDV tutulmur. Bundan başqa Türkiyəyə dəstək məqsədli pul köçürmələrində xidmətə görə bank komissiyası məbləği və həmçinin köçürmələr zamanı konvertasiya haqqı da bank tərəfindən qarşılanır. İstər hüquqi, istərsə də də fiziki şəxslər Unibank filiallarına yaxınlaşaraq, ianə köçürmələrini ƏDV tutulması olmadan, xidmət haqqı və konvertasiya komissiyaları ödəmədən, çox rahatlıqla həyata keçirə bilərlər.
Eyni zamanda UBank vasitəsilə AFAD-ın hesabına birbaşa kart köçürmələrini də ƏDV tututlmadan və komissiya haqqı ödənilmədən həyata keçirmək mümkündür.
|
|
|
|