1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB 2023-cü ilin ikinci rübünü mənfəətlə başa vurdu
26.07.2023

Bank BTB bu ilin 2-ci rübünü 309 min manat mənfəətlə başa vuraraq, ötən ilin eyni dövrü ilə müqayisədə 106% artım etmişdir. 

Hesabat tarixinə aktivlərin cəmi 381 milyon 214 min manat təşkil etmişdir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7.6% artım deməkdir.

1-ci rübün nəticələrinə görə faiz gəlirləri ötən rüb ilə müqayisədə 102% artaraq 14 milyon 670 min manat, faiz xərcləri 9 milyon 356 min manat, qeyri-faiz gəlirləri 102% artaraq 2 milyon 186 min, qeyri-faiz xərcləri 6 milyon 585 min olmuşdur. Bununla da əməliyyat mənfəəti 7 dəfədən çox artaraq 905 min manat təşkil etmişdir. 

Digər göstərici bankın depozit portfelinin artmasıdır ki, qeyd olunan dövrdə bankın müddətli depozit portfeli 132 milyon 765 min manat təşkil etmiş, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artmışdır.

2-ci rüb ərzində Bank BTB tərəfindən 38 milyon 979 min manat kredit verilmişdir. Ümumi satışın 37%-ni Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditləri, 21%-ni istehlak kreditləri, 25%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər, 17%-ni bankın vəsaiti hesabına yaşayış sahəsi olan daşınmaz əmlakın alınması və ya tikintisi məqsədilə fiziki şəxslərə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli ötən rübə nisbətdə 2.5% artaraq 282 milyon 271 min manat təşkil etmişdir.

Hesabat dövrünə bankın məcmu kapitalı 54 milyon 56 min manat təşkil edir. Bankın ani likvidlik əmsalı 90.46% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 3 dəfədən çoxdur.

Nəzərinizə çatdıraq ki, Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment