15 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060017ISIN-li, 100 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 92.6301 (8.0001%)manat və 94.0423 (6.37%)manat olan 32 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4220(7.0799%)manat, orta ölçülmüş qiyməti isə93.6808(6.7826%)manat olaraq müəyyən edilmişdir.
Sifarişlərinnominal qiymətləümumi məbləği148,539,500manat,yerləşdirilmiş həcmi isə 89,024,900 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 13.01.2025-ci ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.