1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “Euromoney” beynəlxalq forumunda iştirak etdi
18.01.2024

Hər il ənənəvi olaraq Mərkəzi və Şərqi Avropa ölkələrinin aparıcı beynəlxalq banklarının, maliyyə, biznes və dövlət sektorunun, eləcədə  dövlət tənzimləyici orqanlarının nümayəndələrinin çıxışları və iştirakı ilə yadda qalan “TheEuromoney CEE Forum”-u hər il olduğu kimi bu il də Avstriyanın paytaxtı Vyana şəhərində keçirildi.  

Forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, Komplayens Departamentinin direktoru Almaz Musayeva vəbankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil edib. 

2024-cü ilin əsasmaliyyə trendlərinin müəyyən edildiyi forumu çıxış nitqi ilə forumun rəsmisi FrancescaCockcroft açıb. Daha sonra Avropa İnvestisiya Fondunun rəhbəri RogerHavenith vəAvstriya Bank qrupu olan Raiffeisen Bank International-ın Baş Maliyyə direktoru SabineAbfalter əsas spiker olaraq çıxış ediblər. Spikerlərin çıxışında Mərkəzi və Şərqi Avropa regionlarında hazırki iqtisadi vəziyyət, investisiya sahələrinin genişləndirilməsi, bank sektorunun təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsi və unikal həll yollarının təqdimatı yer alıb.  

Vurğulanıb ki, dünyanın maliyyə trendləri qloballaşan texnoloji inkişaf standardları ilə eyni sürətdə yenilənərək, dəyişir. Kapital Bank olaraq öncəliyimiz bu dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərimizə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, eləcə də Avropa və Şərqi Avropa banklarının 20-yə yaxın nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Qeyd etmək lazımdır ki, 29 ildir ki, Mərkəzi və Şərqi Avropa, eləcədə onun hüdudlarından kənarda olan 1000-dən çox dövlət, özəl, bank və investisiya sektoru liderlərini bir araya gətirən forum Avropada keçirilən ən böyük tədbirlərdən biridir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment