25 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2201024703 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 98,371.0000(7.1%)manat və 98,442.6375(6.78%)manat olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83,400,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,438.1152 (6.8%) manat,orta ölçülmüş qiymətiisə 98,439.1257(6.8%)manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 18.04.2024-cü ildir.