29 mart 2024-cü il tarixində Bakı Fond Birjasında“Boa Agency ASC-nin AZ1001025407dövlət qeydiyyat nömrəli110 000 (yüz on min manat) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.
Abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 1manat qiymətindən 2 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 110 000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 110 000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC -dir.