2024-cü ilin yeddi ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verilib.
Bu ilin yeddi ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Yelo Bank" ASC və "Aqrarkredit" QSC fərqlənib. Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC”, "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Yelo Bank" ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir