21 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasının nümayəndə heyəti J.P.Morgan şirkətinin İnkişafın Maliyyələşdirilməsi İnstitutunun rəhbəri Arsalan Mahtafar ilə görüşüb.
Görüşdə Azərbaycanın iqtisadi göstəricilərini, Bakı Fond Birjasının inkişaf yolunu, strateji hədəflərini və cari vəziyyətini əks etdirən təqdimat nümayiş olunub.
Görüş zamanı tərəflər hər iki qurum arasında əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər.
Davamlı inkişafa yönəldilmiş layihələrin maliyyələşdirilməsi üçün investorların cəlb olunması, müasir texnologilayar və həllərin təqdim edilməsi, risklərin diversifikasiyası üçün maliyyə alətlərinin tətbiqi müzakirənin əsas mövzuları olub.
Xatırladaq ki, Azərbaycanın kapital bazarlarında beynəlxalq təcrübələrin tətbiqi, ekosistemin, şəffaflıq və bazar etibarının gücləndirilməsi Bakı Fond Birjasının önəm verdiyi əsas məsələlərdən biridir.