|
|
|
Digər xəbərlər | | | ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir |
23.11.2024 | |
| |
22 noyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.
Görüşdə daxili audit funksiyasının kənar audit tərəfindən qiymətləndirilməsi istiqamətində görülmüş işlər, banklarda korporativ idarəetmə standartlarının daxili audit funksiyası üzrə tövsiyələrin icrası, ESG risklərinin idarə edilməsində daxili audit funksiyasının rolu və bankların bu istiqamətdə götürdüyü öhdəliklərin icrası haqqında məsələlər müzakirə edilmişdir. Görüşün sonunda gündəlikdə olan məsələlər üzrə görüləcək tədbirlər razılaşdırılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
|
|
|
|