1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Davit Tsiklauri: AccessBank həm müştərilərinin etibarını qoruyur, həm də əmanətlərin idarə olunması üçün təhlükəsiz mühit yaradır
23.11.2024

Azərbaycanın bank sektoru sürətlə inkişaf edir və müştərilərin maliyyə ehtiyaclarını ödəmək üçün müxtəlif maliyyə həlləri, o cümlədən depozit növləri təklif olunur. Azərbaycanda 100% xarici səhmdarlara malik olan yeganə bank – Accessbank, hazırda müştərilərə bir neçə əmanət növləri təklif edir ki, onlardan ən maraqlısı “Əlverişli əmanət” məhsuludur.  Burada müştəri əmanət faizindən gəlir əldə edir, üstəlik müddət limitlərindən azad olur. 

AccessBank-ın depozit məhsulları barədə bankın İdarə Heyətinin Sədri Davit Tsiklauri danışıb. 

- AccessBank müştərilərinə hansı depozit məhsullarını təklif edir?

Hazırda AccessBank müştərilərinə üç depozit məhsulu təklif edir: Müddətli depozit, myGoal depoziti və Əlverişli depozit. Hər birinin özünəməxsus xüsusiyyətləri var və müxtəlif müştəri tələblərinə uyğun hazırlanıb.

Müddətli depozitmüəyyən müddətə əmanət yerləşdiribmaksimal gəlir əldə etmək istəyən müştərilər üçün ideal seçimdir. Bu məhsul üzrə faiz dərəcəsi müddət və məbləğdən asılı olaraq 12%-ə qədər müəyyən olunub. Minimum məbləğ tələbinin aşağı olması isə bu məhsulu geniş müştəri bazası üçün əlçatan edir.

myGoal(məqsədim) depoziti müəyyən məqsədlər üçün məsələn, daşınmaz əmlak almaq, səyahət etmək və ya avtomobil almaq üçün yığım etmək istəyən müştərilər üçün nəzərdə tutulub. Bu depozit əlavə ödənişlər etməyə imkan verir ki, bu da uzunmüddətli yığımlar üçün çox əlverişlidir. Yumşaq şərtlər və rəqabətə davamlı faiz dərəcələri bu məhsulu müştərilər üçün xüsusilə cəlbedici edir.

Əlverişli depozit vəsaitlərinin istənilən vaxtəlçatanlığına üstünlük verən müştərilər üçün nəzərdə tutulub.Vəsaitlərin rahat şərtlərlə idarəedilməsiimkanı ilə bu depozit məhsuluehtiyat fondu kimi istifadə oluna bilər.  Bundan əlavə, müştərilər pul vəsaitlərini istənilən vaxt faizsiz və cəriməsiz götürə bilsələr də, qalıq vəsaitlərdən də faiz əldə edə bilərlər.

Ümumiyyətlə, məqsədimiz müştərilərimizə əmanətlərini həm qorumaq, həm də artırmaq üçün ən sərfəli şərtləri təklif etməkdir. Məhsul seçimi isə müştərinin maliyyə məqsədlərindən və şəxsi tələblərindən asılıdır. Biz fərdi yanaşma prinsipini tətbiq edir və müştərilərimizə ən uyğun seçim etməyə köməklik etməyə hazırıq.

- Hələ də öz əmanətlərini banklara etibar etməyən insanlar var. Onlara hansı çağırışlarla müraciət edərdiniz?

Müştəri yığımlarının təhlükəsizlik və artım haqqı var! Banklar yalnız vəsaitləri qorumaq üçün etibarlı vasitə deyil, həm də pulun sahibinin xeyrinə işləməsi üçün bir imkandır. Pulları evdə saxlamaq əvəzinə, onları inflyasiyadan qorumaq və hətta ağıllı  maliyyə həlləri ilə artırmaq mümkündür.

Banklara etibar etməyin üstünlükləri var: vəsaitlərin qorunması və sığortalanması - çünki əmanətlərin böyük əksəriyyətidövlət tərəfindən sığortalanır; maliyyə savadlılığı - biz müştərilərə minimum risklərlə əmanət yerləşdirməyin yollarını izah etməyə hazırıq; rahatlıq və nəzarət - müasir texnologiyalar vasitəsilə əmanətləri onlayn şəkildə asanlıqla idarə etmək mümkündür. Düşünürəm ki, bu şərtlər pulları zəmanətsiz və artımsız evdə saxlamaqdan daha sərfəlidir.

- AccessBank müştərilərinin əmanətlərini necə qoruyur?

Müştərilərimizin vəsaitlərinin qorunması bizim prioritet vəzifəmizdir. Təhlükəsizlik tədbirləri çərçivəsində sərt qanunvericilik və maliyyə standartlarına riayət edirik. Xüsusilə, əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyə əsaslanırıq. «Əmanətlərin Sığortalanması» haqqında qanuna əsasən, müştərilərin əmanətləri dövlət tərəfindən qorunur və sığortalanan əmanətlər üzrə kompensasiya 100.000 manat təşkil edir. Manatla olan əmanətlər üçün sığorta faizi 12%, xarici valyutada olan əmanətlər üçün isə 2,5%-dir. Bu da o deməkdir ki, qanunda nəzərdə tutulan  tələblərə uyğun olan vəsaitlərtam sığortalanır və itki riski istisna olunur. 

Bundan əlavə, AccessBank ehtiyatların idarəedilməsin də müvafiq qaydalara əməl etməklə likvidliyin idarəetmə prosesinə xüsusi diqqət yetirir ki,  müştərilər qarşısında olan öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər ehtiyatımız olsun. Bankın likvidlik göstəriciləri müntəzəm olaraq izlənilir və Mərkəzi Bankının tələblərinə uyğun olaraq tənzimlənir ki, bu da öz növbəsində maliyyə sabitliyini artırır.

Biz qanunvericiliyə və beynəlxalq standartlara riayət edilməsinə xüsusi önəm veririk və tənzimləyici orqanların bütün təlimatlarını yerinə yetirərək əməliyyatların şəffaflığını və etibarlılığını təmin edirik. Maliyyə göstəricilərinin daim izlənilməsi bizə çətin iqtisadi şəraitdə belə dayanıqlılığımızı qorumağa kömək edir.

- Depozit faizlərini yenidən nəzərdən keçirməyi planlaşdırırsınızmı? 

Depozitlər üzrə faiz dərəcələri əsasən bazar şərtlərindən, o cümlədən iqtisadi vəziyyətdən, inflyasiya səviyyəsindən və Mərkəzi Bankın pul siyasətindən asılıdır. Biz bu amilləri diqqətlə izləyirik ki, müştərilərimizə ən sərfəli şərtləri təklif edək.AccessBank hər zaman rəqabətə davamlı olmağa çalışır. Məqsədimiz müştərilərimizin gözləntilərinə uyğun, eyni zamanda bazar reallıqlarını əks etdirən cəlbedici faiz dərəcələri təklif etməkdir. Biz bazarı mütəmadi olaraq təhlil edir və depozit məhsullarımızın şərtlərini tənzimləyirik ki, müştərilərimiz üçün etibarlı və sərfəli tərəfdaş ola bilək.

Ətraflı müsahibə üçün təşəkkür edirik. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment