Müsahibə - Andrea Hagmann - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Andrea Hagmann


“AccessBank”ın Müşahidə Şurasının üzvü
“Mən Avstriya İnkişaf Bankını yaratmışam və 10 il bu banka rəhbərlik etmişəm.”
Andrea Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetində kommersiya elmləri üzrə magistr dərəcəsi alıb və maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun İnvestisiya  Komitəsinin və Direktorlar Şurasının (2019-cu ildən), həmçinin mikro, kiçik və orta sahibkarlıq üzrə SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika) Direktorlar Şurasının üzvüdür (2017-ci ildən).

Xanım Haqmann 2019-cu il dekabr ayından etibarən “AccessBank“ın Müşahidə Şurasının üzvüdür.

- Bir neçə il bundan əvvəl Azərbaycan hökuməti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və diversifikasiyası yolu ilə getməyi qərara alıb. Hökumət ölkədə xüsusilə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirib. Kiçik və orta biznes sektoruna xidmət göstərən “AccessBank”ın rolunu necə görürsünüz?

Azərbaycanda iqtisadi artımın əsas mənbəyi, əvvəlki kimi, neft-qaz sektorudur. Son illərdə hökumətin diqqətinin iqtisadiyyatın diversifikasiyasında cəmlənməsinə baxmayaraq, neftin qiymətinin aşağı düşməsi ilə müşayiət olunan pandemiya iqtisadiyyatın nə dərəcədə həssas olduğunu göstərdi.

Mən əslən avstriyalıyam – bu ölkədə mikro, kiçik və orta bizneslər iqtisadiyyatın hərəkətverici qüvvəsi hesab olunur. Buna görə də mən kiçik sahibkarlığın ölkə iqtisadiyyatına gətirə biləcəyi üstünlüklərdən xəbərdaram. O, iş yerlərinin yaradılmasına, gəlirlərin formalaşdırılmasına kömək edir və ən nəhayət, yoxsulluq səviyyəsini aşağı salır.

Kiçik sahibkarlıq böhran vəziyyətlərində iqtisadiyyatı sabitləşdirməyə şərait yaradır. Amma əlbəttə ki, iqtisadiyyatın bütün digər sektorları kimi, kiçik sahibkarlıq da koronavirus kimi gözlənilməz vəziyyətlərdən sığortalanmayıb.

Bank sektoru xüsusiləşdirilmiş maliyyə məhsulları təqdim etməklə sağlam və sabit kiçik sahibkarlıq sektorunun inkişafının dəstəklənməsində həlledici rol oynayır. “AccessBank”ın da rolunu mən məhz bunda görürəm. Bankın kollektivi, fərdi xidmətlərə və maliyyə dəstəyinə ehtiyacı olan kiçik müəssisələrə xidmət göstərilməsi üzrə çoxillik təcrübəyə və dərin biliklərə malikdir. Mən hələ 10 il əvvəl, Avstriya İnkişaf Bankının İdarə Heyətinin üzvü olduğum vaxtlardan “AccessBank”ın fəaliyyəti ilə tanışam.

2017-ci ildə bu vəzifəni tərk etdikdən sonra məni “AccessBank”ın Müşahidə Şurasına dəvət etdilər və mən bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. “AccessBank”da çalışan insanların təcrübəsini və onların kiçik müəssisələrə göstərdikləri zəruri xidmətləri yüksək qiymətləndirirəm.

Əminəm ki, “AccessBank” yaranmış vəziyyətin öhdəsindən uğurla gələcək, öz mövqelərini möhkəmlədəcək və Azərbaycanda kiçik biznes üçün ən etibarlı tərəfdaş kimi mühüm rol oynamaqda davam edəcək.

- “AccessBank”ın Müşahidə Şurasının üzvü vəzifəsində öz gələcək fəaliyyətinizi necə görürsünüz?

Mən Avstriya İnkişaf Bankını yaratmışam və 10 il bu banka rəhbərlik etmişəm. Bu dövrdə bütün dünyada kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış bir çox banklara maliyyə dəstəyi göstərmişik.

Biz bankı 2008-ci ildə, yəni ümumdünya maliyyə böhranı ilində təsis etmişik – mənim bu böhranı adlamaq təcrübəm var və mən bu təcrübəni bölüşməyə hazıram. Hazırda kiçik və orta sahibkarlığın inkişafı üzrə müxtəlif fondların direktorlar şurasının üzvüyəm və bu, mənim cari vəziyyətdən və sektordakı yeniliklərdən xəbərdar olmağıma imkan verir.

“AccessBank”ın Müşahidə Şurasında hazırda yeganə qadın olmağımla fəxr edirəm. Bu, gözəl xanımların rəhbər vəzifələrdə çalışdıqları bankda mövcud olan gender tarazlaşdırıcı kadr siyasətinin daha da güclənməsinin göstəricisidir.

Mən əminəm ki, çətin zamanlarda təşkilatların sabit olmaları üçün hər iki cinsin nümayəndələrindən olan peşəkarların əməkdaşlığı, onların bacarıq və təcrübələrinin bir araya gətirilməsi çox vacibdir. Məhz bu cür vaxtlarda tarazlaşdırılmış kadr siyasəti mühüm rol oynayır – o, çətinlikləri asanlıqla dəf etməyə kömək edir.

-“AccessBank” Azərbaycanda yeganə bankdır ki, sosial məsuliyyət və ətraf mühitin mühafizəsi onun üçün əsas dəyərlərdən biridir. Məsuliyyətli maliyyələşdirmənin və yaşıl iqtisadiyyatın irəli çəkilməsində bankın rolunu nədə görürsünüz?

Məsuliyyətli maliyyələşdirmə və yaşıl iqtisadiyyat sabit maliyyələşdirmə sektorunun mühüm elementləridir. “AccessBank” üçün məsuliyyətli maliyyələşdirmə biznesin bir hissəsidir. Banklar və müştərilər arasındakı mükəmməl və etibarlı əməkdaşlıq, mövcud şərtlərin şəffaf və aydın olmasını nəzərdə tutur. Bu, sabit və uzunmüddətli tərəfdaşlığın əsasıdır.

Bu gün “AccessBank” etibarlı tərəfdaş hesab olunur və bütün dünyada iqtisadi fəallığın zəiflədiyi dövrdə onun mövcudluğu həlledici əhəmiyyətə malikdir.

Son illər biz bütün dünyada ekoloji vəziyyətin nə dərəcədə kövrək olduğunu müşahidə edirik. Yaşıl iqtisadiyyatın inkişafı yönümündə aparılan işlər və ətraf mühitin yaxşılaşdırılmasının dəstəklənməsi “AccessBank”ın korporativ dəyərlərinin əsasını təşkil edir.

Mən “AccessBank”ın Azərbaycanda yaşıl iqtisadiyyatın irəli çəkilməsində lider olmaq səyini dəstəkləyirəm.



08/06/2020


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment