Müsahibə - Davit Tsiklauri - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Davit Tsiklauri


AccessBank-ın İdarə Heyətinin sədri
Məhsul və xidmətlərimizi müştərilərimizin tələblərinə uyğun olaraq təqdim edirik, əksinə deyil.

Özünüzü yeni ölkədə və yeni vəzifədə - AccessBank-ın İdarə Heyətinin sədri kimi necə hiss edirsiniz?

Azərbaycanda dəfələrlə qısamüddətli işgüzar səfərlərdə olmuşam. Amma bura uzunmüddətlik gəlmək həm imtiyaz, həm də böyük məsuliyyətdir. Qoşulduğum AccessBank komandası peşəkarlardan ibarətdir. Əməkdaşlarımız daima üzərlərində işləyir, ixtisaslarını artırırlar.

AccessBank uzun müddətdir ki, mikrobiznes üçün maliyyə mənbəyi rolunda çıxış edir və bu bütün ölkənin iqtisadi inkişafı üçün olduqca mühüm rol oynayır. Bildiyiniz kimi, AccessBank Azərbaycan bazarında artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir.

Bankımızda bu illər ərzində qurulmuş korporativ mədəniyyət əməkdaşlarımıza mikrosahibkarlığın dəstəklənməsinə məsuliyyət hissini aşılayıb və mən əminəm ki, məhz bu məsuliyyət hissi bizə növbəti 20 ildə də mükəmməl nəticələrə nail olmağa kömək edəcək. Beləliklə yeni ölkədə və yeni vəzifədə AccessBank komandası ilə birlikdə özümü enerji dolu və böyük planlara doğru irəliləməyə hazır hiss edirəm.


Dünya iqtisadiyyatı koronavirus pandemiyası dövründə yaşanan məhdudiyyətlərlə əlaqədar olaraq çətin dövrdən keçdi. İqtisadi fəallığın bərpasında maliyyə institutlarının rolunu necə görürsünüz?

Həqiqətən də ötən iki il kifayət qədər çətin keçdi. Pandemiyanın miqyasını və onun insanların həyatına və müxtəlif sahələrə təsirini təsəvvür belə edə bilməzdim. Buna baxmayaraq, kifayət qədər dözümlü olduğumuzu sübut etdik və pandemiyanın yaratdığı gündəlik çətinliklərin və məhdudiyyətlərin öhdəsindən gələ bildik.

Regionumuzdakı maliyyə institutları pandemiya dövründə sahibkarlığa dəstək olmaqda, pandemiyadan sonra isə iqtisadiyyatın inkişafına təkan verməkdə böyük rol oynadılar. Maliyyə resurslarını müştərilərimiz və əhali üçün əlçatan etmək məqsədilə AccessBank ölkədəki digər banklarla birgə hətta tam qapanma dövründə fəaliyyətini davam etdirdi.

Bundan əlavə, bankın kreditlər üzrə ödənişlərdə tətbiq etdiyi güzəştlər iqtisadiyyatın bərpasında əhəmiyyətli rol oynadı. Pandemiyanın təsirinə daha çox məruz qalmış müştərilərimizlə bu gün də sıx əməkdaşlıq edirik, çünki tam bərpa üçün onların hələ də zamana ehtiyacları var.


AccessBank artıq uzun illərdir ki, Azərbaycanın mikromaliyyə bazarında lider mövqeyini qorumaqdadır. Bankın cari vəziyyətini və yaxın gələcək üçün addımlarını necə görürsünüz?

Bəli, AccessBank Azərbaycanda mikromaliyyə sahəsində liderdir və hesab edirəm ki, liderliyimizin “resept”ini uzun illərdir mikro, kiçik və orta biznes (MKOB) seqmentində çalışan və onu çox gözəl tanıyan savadlı və istedadlı komandamız təşkil edir. Bundan əlavə, qeyd etmək lazımdır ki, AccessBank-ın bütün səhmdarları MKOB seqmentinin inkişafını fəal şəkildə dəstəkləyən beynəlxalq maliyyə institutlarıdır - Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və s.. Habelə, depozitlərini bankımızda yerləşdirən pərakəndə seqmentinin müştərilərinin də etimadını qazanmışıq.

Bu yaxınlarda pandemiyanın başa çatmasında və bununla əlaqədar iqtisadiyyatın inkişaf templərinin sürətlənməsində AccessBank üçün də böyük artım perspektivlərini görürəm. İlk növbədə, Abşeron və regionlarda sahibkarlara dəstək olmaqla, bizə “doğma” olan mikromaliyyələşdirmə seqmentində inkişaf etmək niyyətindəyik. Səmimi qəlbdən inanıram ki, bu seqmenti bizdən yaxşı bilən yoxdur.

Eyni zamanda pərakəndə bankçılıq istiqaməti üzrə də müştəri bazamızı inkişaf etdirmək niyyətindəyik. Bundan başqa, yaxın gələcək üçün olan planlarımıza həm bizim, həm də müştərilərimizin son illər faydasını gördüyümüz rəqəmsallaşma sahəsinin təkmilləşdirilməsi daxildir. Bu addımlar mövcud müştərilərə daha sürətli xidmət göstərməyimizə, eyni zamanda yeni, xüsusilə də gənc nəsil müştərilər cəlb etməyimizə imkan yaradacaq.


Azərbaycanda bank sektorunun gələcək inkişafına verə biləcəyiniz peşəkar töhfənizi necə görürsünüz? Yeni təyinatdan gözləntiləriniz nədir?

Gözləntilərə gəldikdə isə... İnanıram ki, Azərbaycanda bank sektoru ölkə iqtisadiyyatına verdiyi töhfəsini daha da artıracaq. Hazırda Azərbaycan əhalisinin bank xidmətlərindən istifadə səviyyəsi regionun bəzi ölkələri ilə müqayisədə daha aşağıdır. Lakin əminəm ki, yaxın gələcəkdə bütün maraqlı tərəflərin, eləcə də tənzimləyici orqanların və maliyyə institutlarının birgə əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox vətəndaş bankçılıqdan istifadə edəcək. Bu isə hamı üçün faydalı olacaq.


16/02/2022


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment