Müsahibə - Zaur Ələkbərov - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Zaur Ələkbərov


ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı

Bu yarışmada artıq 5 mindən çox şagird qeydiyyatdan keçib

ABB bir neçə gün əvvəl Riyaziyyat Yarışmasına qeydiyyat elan etdi. Bu layihədə məqsəd nədir?

Bütün ölkəboyu riyaziyyat sahəsində xüsusi istedadı olan gənclərimizi üzə çıxarıb onların inkişafına dəstək vermək istəyirik. Əsas məqsəd budur. Bilirsiniz ki, artıq bir neçə ildir, Bankımızın ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi fəaliyyətdədir. Müxtəlif təhsil proqramlarımızla, hər il keçirdiyimiz ənənəvi hakatonlarla, universitetlərlə genişlənən tərəfdaşlıq əlaqələrimizlə talantları cəlb edirik. Onların sırasından həm əmək bazarı üçün bacarıqlı kadrlar yetişir, həm də ABB İnnovasiya Mərkəzində müəyyən startap ideyalarını reallaşdıran komandalar formalaşır.

Biz istedadları indiyə qədər, əsasən, universitetlərdən və əmək bazarına yenicə daxil olmuş məzunlar arasından axtarırdıq. Hiss edirdik ki, artıq lap erkən yaş dövrlərindən başlamaq lazımdır. ABB Riyaziyyat Yarışması ideyası belə yarandı. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu təşəbbüsümüzə dəstək verdi. Onu da deyim ki, yarışmanın təşkilinə beynəlxalq olimpiadalarda təcrübəyə malik yerli və xarici mütəxəssislər cəlb olunub.

Bu yarışmada kimlər iştirak edə bilər?

Orta məktəblərin 9-cu, 10-cu və 11-ci siniflərində təhsil alan, riyazi biliklərinə güvənən hər bir gəncimiz ABB Riyaziyyat Yarışmasına qatıla bilər. Artıq bu yarışmada 5 mindən çox şagird qeydiyyatdan keçib. Onların 53%-i Bakı və Sumqayıt, 47%-i region məktəblərindəndir. Layihəyə bu qədər böyük maraq istedadlar arasından ən istedadlıları seçməyə imkan verəcək.

Seçim necə aparılacaq?

Yanvarın 10-da qeydiyyat tamamlanır. Ondan sonra bir neçə mərhələlik seçim prosesi başlanacaq. Yanvarın 12-də ilk onlayn test olacaq. Bu mərhələdən keçənlər 17-19 yanvar tarixlərində xüsusi müşahidə platformasının tətbiqi ilə daha bir test imtahanı verəcəklər. Bu mərhələnin qalibləri isə 23-25 yanvar tarixlərində müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibə hansı formada təşkil ediləcək?

Real ünsiyyət rejimində olacaq. Bütün mərhələlərdən uğurla keçmiş 30 nəfər seçiləcək. Onların hər biri yarışmanın qalibləri sayılacaq və bu 30 nəfər üçün Bakıda 10 günlük intensiv riyaziyyat təlimləri təşkil ediləcək. Regionlardan gəlmiş iştirakçıların Bakıdakı təlimlərə qatılmaq xərcləri qarşılanacaq. Təlimlərin sonuncu günü final yarışı təşkil edəcəyik. 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə əlavə olaraq pul mükafatları təqdim ediləcək. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat veriləcək. Digər qaliblər nailiyyət sertifikatları alacaqlar.

Bir sözlə, qeydiyyatdan keçmiş bütün gənclərimizi qarşıda çox maraqlı və faydalı bilik yarışı gözləyir. Bu yarış iştirakçıların biliklərini və problem həlletmə qabiliyyətlərini inkişaf etdirəcək. Onlar gənc riyaziyyatçılar icmasının bir üzvünə çevriləcəklər. Riyaziyyat elminin köməyi ilə yeni sahələr kəşf edəcəklər. Əminik ki, ABB Riyaziyyat Yarışması onların həyatında xoş bir başlanğıc olacaq.


09/01/2023


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment