Müsahibə - Rəşad Rəsullu - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Rəşad Rəsullu


"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini
Rəşad müəllim, sizcə peşə seçimi insanın gələcək həyatına nə dərəcədə təsir edir?

Çox uğurlu sualla başladınız, təbrik edirəm. Çünki bu sual vaxtilə şəxsən məni ən çox düşündürən suallardan biri olub və mən bugünkü bütün uğurlarımı məhz bu suala düzgün cavab tapmağımla əlaqələndirirəm və bunun üçün mənə köməyi dəyən bütün insanlara təşəkkür edirəm.

Peşə seçimi insanın həyatı boyunca verdiyi ən əhəmiyyətli qərardır desəm, əminəm ki, yanılmaram. Bu vacib olduğu qədər, həm də çox incə məsələdir.

Adətən insanlar gələcək peşələri barədə düşünərkən daha çox uğurlu insanların həyat yoluna baxıb, onların keçdiyi yolu təqlid etməyi düşünürlər. Bu fikirlər məndən də yan keçməyib, amma bugün çox xoşbəxtəm ki, mən qərarımı bu meyarlara əsasən deyil, daxilimdəki “mən”in səsinə qulaq verərək almışam.

Bunun qısa formulu belədir: “Hansı işi heç bir maddi maraq güdmədən, sırf sevdiyiniz üçün edərsiniz?” sualına verdiyiniz cavabınıza fokus olursunuz və məhz o işi seçirsiniz. Çünki, əhəmiyyətli olan işi sevmək və bilməkdir, uğurun bütün açarları məhz bundadır.

Bəs, bu baxımdan bir insan “sığorta işi”ni hansı səbəblərdən sevə bilər?

Fikrimcə, sığorta – sosiumun özü üçün yaratdığı ən vacib dəyərlərdən biridir. Bunu belə izah edim:

Bir toplum düşünün, hansında ki, hər kəs özünün daha yaxşı bacardığı vəsevdiyi işlə məşğuldur. Hər kəs öz işində ustadır. Və bu toplumun fərdləri lazım olduqca bir-birlərinə hər cür kömək edirlər. Kiminsə hər hansı bir köməyə ehtiyacı olduğu zaman hər kəs toplaşmaq və əlindən gələn bütün

köməyi etmək istəyir, çünki bilir ki, sabah belə bir köməyə onun özünün dəehtiyacı ola bilər və belə halda onun da köməyinə gələnlər olacaq. Amma, əksərən belə hallarda hər kəsin eyni anda toplaşması və kömək etməsi mümkün olmur, çünki həyat gözlənilməz sürprizlərlə doludur və hər kəsin özünə aid planları var. Bu planların isə üst-üstə düşməsi mümkün deyil.

Bu zaman toplum bir fond yaradır. Hər kəs mütəmadi olaraq bu fonda müəyyən bir pay ayırır. Toplumdan kiminsə köməyə ehtiyacı olduğu zaman birbaşa olaraq bu fonddan yararlanır və öz inkişaf yolunda büdrəmədən yoluna davam edə bilir.

Bu zaman meydana başqa bir sual çıxır: Bəs bu fonda kim nəzarət etməlidir? Bu fondu kimə tapşırmalı?

Bu dəfə isə toplumun arasından hər kəs tərəfindən etibarlı və məsuliyyətli olaraq tanınan, hər kəsin güvəndiyi biri çıxır vəfondun nəzarətçisi funksiyasını öz üzərinə götürür. Bu şəxsin işi sırf fonda nəzarət və insanların yardıma ehtiyacı olduğu zaman dərhal onun yanında olmaqdır.

“Sığorta işi”nin mahiyyəti də məhz bundan ibarət olmalıdır, cəmiyyətin rifahi üçün çalışmaq. Belə bir işi sevməmək üçün siz bir səbəb göstərə bilərsiniz? (gülür)

Belə bir açıqlamadan sonra çətin ki, nəinki mən, kimsə səbəb göstərə bilsin. Çox maraqlı izah idi, bunlar sizin şəxsi düşüncələrinizdir?

Əslində bunlar tək mənim yox, bütövlükdə “AtaSığorta”-nın baxışını əks etdirən fikirlərdir. Şirkət olaraq missiyamızı – bütün fəaliyyətimizlə cəmiyyətin rifahına xidmət etməyi –sözün əsl mənasında yerinə yetirmək üçün biz bu düşüncələrdən kənara çıxmamalıyıq, bunu dərk edirik. Və bugün “AtaSığorta”nı sektordakı digər sığorta şirkətlərindən fərqləndirən əsas cəhəti də məhz budur.

Sonda belə bir sual verim: Siz həm də iki övlad atasısınız, bəs övladlarınızın gələcək peşə seçimi sizi narahat edirmi?

Tam səmimi olaraq deyim ki, xeyr. Bu seçim hər bir insanın şəxsinə bağlıdır, sadəcə onlara əsas insani dəyərləri aşılamaq, cəmiyyətin inkişafının fərdi inkişaflardan keçdiyi həqiqətini anlamalarına kömək etmək kifayətdir. Əmin olun ki, bunu dərk edən hər bir insan öz doğru seçimini mütləq edəcək.






16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment