Uğur hekayəsi - Azadə Hacıyeva - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Uğur hekayəsi - Azadə Hacıyeva


HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu


Kouçinqə 2019-cu ildə Ericksson Beynəlxalq Kouçinq məktəbinin “Kouçinq sənəti və Elmi” proqramına  qoşularaq gəldi.


Bu proqramdan sonra Dərin kouçinq, Komanda Kouçinqi, NLP və digər bir sıra təlim və proqramlara qoşuldu, ayrıca Geştalt Psixologiya təhsilinə başladı.

Bunlarla yanaşı qeyd edək ki, uzun illərdir ki Bank, Telekkomunikasiya, Neft və Qaz sektorlarında İnsan Resursları/İstedadların İdarəolunması sahəsində fəaliyyət göstərir və bu sahənin kouçinq ilə sıx bağlı olduğunu düşünür, çünki hər iki sahə də fərdi və təşkilati potensialı maksimuma çatdırmağa yönəlmişdir.

Təşkilatlarda fəaliyyət göstərdiyi HR lideri rollarında hər zaman kouçinq yanaşmalarından istifadə edərək, istedadların inkişaf etdirilməsi, performansın artırılması, müsbət iş mühiti və korporativ mədəniyyətin yaradılmasına nail olub.

Kouçinq yanaşmalarının inteqrasiyası sadəcə insanların idarəolunmasını deyil həm də onların məqsədlərinə və uğura yönəldilməsini təmin edir.

Kouçinq, həmçinin dəyişikliklərin idarə olunmasında, ünsiyyətin yaxşılaşdırılmasında və dözümlü komandaların qurulmasında mühüm rol oynayır. HR mütəxəssisləri kouçinq yanaşmasını mənimsəməklə daha dərin, mənalı söhbətləri təşviq edə, problemləri qabaqcadan həll edə və fasiləsiz öyrənmə və inkişafın prioritetləşdirildiyi bir mühit yarada bilərlər.

Bu hərtərəfli yanaşma yalnız fərdi inkişafı dəstəkləmir, həm də təşkilatın ümumi uğuruna töhfə verir və HR ilə kouçinq arasındakı əlaqəni uzunmüddətli dayanıqlıq və mükəmməllik üçün vacib edir.

Karyera Kouçinqi, Şəxsi Kouçinq fəaliyyəti ilə yanaşı Komanda Kouçinqi sesiyalarını tətbiq etməsi maraq dairəsindədir.



Komanda Kouçinqi nədir?

Təşkilatların daxilində ümumi məqsədləri olan strukturlar, komandalar, eyni zamanda hər hansı bir Layihə komandaları, Məhsul Komandaları, bundan başqa hal hazırda aktiv fəaliyyətə keçən yüksək potensiallı Startup komandaları mövcuddur.

Bu komandaların məqsədlərinin formalaşdırılması, məqsədlərə komanda olaraq çatmaları üçün Kouçinq sessiyalarının çox effektiv təsiri vardır. Fərdi kouçinqdən fərqli olaraq, hansı ki şəxsi inkişaf üzərində fokuslanır, komanda kouçinqi komanda dinamikalarını, ünsiyyəti və sinerjini nəzərə alaraq ümumi uğuru təmin edir.

Bu necə baş verir?

Komanda kouçinqi sessiyasının əsası, komanda üzvlərinin açıq şəkildə öz problemlərini müzakirə edə biləcəyi, güclü tərəflərini istifadə edə biləcəyi və daha uyğun bir şəkildə birgə işləyə biləcəyi dəstəkçi bir mühit yaratmaqdır.

Komanda kouçinqi sessiyaları, komandanın performansını, effektivliyini, komanda dəyərlərinin, prinsiplərinin formalaşdırılması və əməkdaşlığını artırmaq üçün müxtəlif texnikalardan istifadə edir.



Komanda Kouçinqi sessiyalarında hansı texnikalar tətbiq olunur?

Sessiyalar zamanı Komanda Kouçu, komanda üzvlərinə yönəldilmiş açıq suallar və fasilitasiya vasitəsilə onların düşünmə prosesini stimullaşdırır, komanda dinamikasını anlamağa və həll yolları tapmağa kömək edir.

Eyni zamanda Kouç, komandaya xüsusi, ölçülə bilən, nail oluna bilən, əlaqəli və zamanla məhdudlaşdırılmış (SMART) məqsədlər qoymaqda yardım edilir. Bu, komandanın nəyə nail olmaq istədiyini aydınlaşdırır və məqsədlərə, nəticələrəbirlikdə nail olmaq üçün təşviq edir.

Sesiya zamanı, Komanda üzvlərinin rolları və məsuliyyətləri aydınlaşdırılır.

Komanda üzvlərinin bir-birinə konstruktiv və dəstəkləyici geri bildirim verməsinə Kouç təşviq edir.

Sessiya zamanı beyin firtınası, tapşırıqlar və simulyasiyalar tətbiq olunur.

Və əlbəttə bilirsiniz ki, enerji mübadilərsi də önəmllidir, bunun üçün sessiya zamanı enerji və motivasiyanın artırılması üçün müxtəlif oyunlar, icebreaker-lər tətbiq olunur.

Hansı nəticələr əldə edilir?

Komanda üzvləri arasında etibar və qarşılıqlı dəstək inkişaf edir, bu da komanda dinamikasına və üzvlər arasında əməkdaşlıq, ünsiyyətə müsbət təsir edir.

Komanda məqsədləri və hədəfləri daha dəqiq şəkildə müəyyən edilir, irəliyə daha fokuslu şəkildə addımlar atır.

Komanda üzvləri öz rol və məsuliyyətlərini daha yaxşı anlayır və performansın effektivliyini artırmağa yönəlirlər.

Komanda daha yaradıcı və innovativ ideyalar inkişaf etdirir, çünki müxtəlif baxış bucaqları bir araya gəlir.

Komanda problemləri daha effektiv şəkildə həll edə bilir.

Komanda üzvlərinin iştirakı və motivasiyası artır, bu da layihə və məqsədlərə daha böyük həvəs və bağlılıq gətirir.

Komanda daha yaxşı birləşir və uzunmüddətli məqsədlərə nail olmaq üçün daha effektiv şəkildə işləyir.



Hansı hallarda Komanda Kouçinqi Sessiyalarına ehtiyac yaranır.

Təşkilat, Heyət daxilində ümumi dəyər, prinsip, mədəniyyətin formalaşdırılması üçün Komanda kouçinqi effektiv alətdir.

Təşkilat daxilində böyük dəyişikliklər və yeniliklər zamanı, komanda kouçinqi üzvlərin adaptasiyasını asanlaşdırmaq və yeni vəziyyətə uyğunlaşmaq üçün kömək edir.

Eyni zamanda, əgər, komanda üzvləri arasında açıq və səmimi ünsiyyət çatışmazlığı varsa, komanda kouçinqi, bu problemləri həll etmək və ünsiyyət yollarını yaxşılaşdırmaq üçün faydalı ola bilər.

Komanda üzvlərinin performansı və nəticələr gözlənildiyi səviyyədə deyilsə, kouçinq sessiyaları məqsəd və performans standartlarını aydınlaşdırmaq və təkmilləşdirmək üçün dəstək ola bilər.

Komanda üzvləri arasında motivasiya səviyyəsini artırmaq üçün istifadə oluna bilər.

Komanda uzunmüddətli strategiyalar və planlar hazırlayarkən, kouçinq sessiyaları strateji məqsədləri müəyyənləşdirmək və implementasiya üçün addımlar planlaşdırmaq üçün komanda kouçinqi sessiyaları effektiv şəkildə dəstək olur.

Komanda yeni ideyalar və yaradıcı yanaşmalar axtarırsa, kouçinq sessiyaları yeni düşüncə tərzlərini inkişaf etdirmək və təşviq etmək üçün kömək edir.


15/08/2024


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment