Uğur hekayəsi - Günel Mavliyarova - Biznes portal Finance Time





Uğur hekayəsi - Günel Mavliyarova


Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
2025-ci il üçün ən böyük arzum hər birimizin şəxsi və peşəkar hədəflərinə çatmasıdır. Hər kəsə tövsiyəm, daim yeniliklərə açıq olmaq, öyrənməkdən çəkinməmək və dəyişikliklərə adaptasiya olunmaqdır.

Xüsusilə rəqəmsallaşma dövründə çevik düşüncə və innovativ yanaşma hər birimizin uğurunun əsas açarıdır.

İnanıram ki, hər birimiz öz sahəmizdə fərq yaradaraq daha parlaq gələcək qurmağa töhfə verəcəyik.

Günel x., bu yaxınlarda keçirilən PR Forum 2024-də spiker kimi çıxış etdiniz, zəhmət olmasa bu haqda təəssüratlarınızı paylaşardınız.

PR Forum 2024 mənim üçün çox maraqlı və faydalı bir platforma oldu. Bu forumda iştirak etmək və çıxış etmək mənim üçün həm peşəkar təcrübəmi bölüşmək, həm də bu sahədəki yenilikləri öyrənmək baxımından çox önəmli idi.

Müzakirələr zamanı rəqəmsal transformasiya, marketinq strategiyalarının gələcəyi və müştəri təcrübəsinin təkmilləşdirilməsi kimi mövzulara toxunduq. Forum iştirakçılarının aktivliyi və sualları göstərdi ki, bu sahə həm maraq doğurur, həm də böyük potensiala malikdir.

Ümumiyyətlə, bir Marketinq ekspert mərkəzinin lideri kimi bu sahəyə olan maraqdan söhbət açardınız.

Marketinq mənim üçün sadəcə bir peşə deyil, həm də artıq həyat tərzidir deyə bilərəm. İllərdir bu sahədə olmağıma baxmayaraq, marketinqə həvəsim, marağım tükənmir. Sahə özü də o qədər dinamikdir ki, ildən ilə yeniliklər bitmir. Sahənin dinamikası, daimi inkişaf və müştərilərlə dərin əlaqələr qurmaq imkanı həmişə məni cəlb edib.



2024-cü il hansı layihə və nailiyyətlərlə yadda qaldı?

2024-cü il bizim üçün çox məhsuldar oldu. Əvvəla bir neçə yeni məhsul təqdim etdik. Bir çox xidmətlərimizi rəqəmsallaşdırdıq. Xüsusilə də KOS müştəriləri üçün. Müştərilərimizə investisiya imkanlarıl yaratdıq, dollar və manat istiqrazlarımız kifayət qədər rəqabətcil şərtlərlə təqdim olunub.

Növbəti ilin əvvəlində də yeni tranşların olacağı gözlənilir. Amma bu ilin ulduz məhsulu yeni kredit kartımızdır deyə bilərəm. Birbank Star kartı müştərilərimiz tərəfindən də çox böyük maraqla qarşılandı. Müştəri məmnuniyyətini və xidmət keyfiyyətini artırmaq üçün yeni layihəyə başladıq.

Bu layihənin nəticələri yəqin ki, artıq 2025 hiss olunmağa başlayacaq. Loyallıq proqramlarının genişləndirilməsi sahəsində böyük addımlar atdıq. Bundan əlavə, bank olaraq bir neçə beynəlxalq mükafat qazandıq bu da bizim doğru istiqamətdə irəlilədiyimizi təsdiqləyir. Eyni zamanda da marketinq komandası olaraq da, öz sahəmiz üzrə 4 fərqli kateqoriyada Felis mükafatına layiq görülmüşük.



Bizdə olan məlumata görə, siz yeni layihəyə start verirsiniz. Bu haqda danışardınız.

Bizim Bankın ən gözəl xüsusiyyətlərindən biri daimi olaraq yeniliklər etməyidir. Bazarda bir çox ilklərlə tanınırıq. Bu səbəbdən bəli yeni layihələrimiz var və bir deyil, iki də deyil. Lakin güman edirəm ki, siz dekabrda Bankın keçirdiyi mətbuat konfransında sədrimizin səsləndirdiyi mövzunu nəzərdə tutursunuz. Bəli, 2025-ci il bizim Kapital Bank brendindən Birbank brendinə keçid ilimiz olacaq.

Bildiyiniz kimi 2021-ci ildə tətbiqimizə başdan-başa onlayn kredit və kart sifarişi imkanlarını gətirməklə Birbank-ı ölkənin ilk rəqəmsal bankına çevirdik. Müştərilərimiz bu yeniliyi çox gözəl qarşıladılar.

Hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə Birbank Kapital Bank qədər güclü bir brendə çevrilə bilib. Eyni zamanda bizim gələcək planlarımız daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir.

Buna görə də biz 2025-ci ilin 1-ci rübündən etibarən Kapital Bank brendini Birbank brendinə transformasiyasına başlayırıq. Bu, Kapital Bank-ın tamamilə yox olacağı mənasına gəlmir. Siz Kapital Bankı daha çox maliyyə institutu və korporativ brend kimi görəcəksiniz.

Bütün məhsul və xidmətlərimizi isə müştərilərimizə Birbank brendi üzərindən təqdim edəcəyik. Biz də, müştərilərimiz də artıq Birbanklı olacağıq. Sual versəniz ki, bu müştərilərə yanaşmada nəyisə dəyişəcəkmi - bəli müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər. Birbankı xarektirizə etsək, o daha gənc, daha dinamik, daha operativ, rəqəmsal, yenilikçi bir brenddir.

Bu xüsusiyyətlərin müştəri təcrübəsində öz əksini tapmacaqdır . Müştərilərimiz bütün məhsul və xidmətləri Birbank saytı və tətbiqindən əldə edəcəklər. Bundan başqa, Kapital Bank filialları da Birbank filiallarına transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcəkdir.



İzləyicilərimizə 2025-ci ildə arzularınız və tövsiyyələriniz nə olardı?

2025-ci il üçün ən böyük arzum hər birimizin şəxsi və peşəkar hədəflərinə çatmasıdır. Hər kəsə tövsiyəm, daim yeniliklərə açıq olmaq, öyrənməkdən çəkinməmək və dəyişikliklərə adaptasiya olunmaqdır. Xüsusilə rəqəmsallaşma dövründə çevik düşüncə və innovativ yanaşma hər birimizin uğurunun əsas açarıdır. İnanıram ki, hər birimiz öz sahəmizdə fərq yaradaraq daha parlaq gələcək qurmağa töhfə verəcəyik.

Təşəkkür edirəm!


30/12/2024


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment