Uğur hekayəsi - Sevda Əliyeva - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Uğur hekayəsi - Sevda Əliyeva


ABV Şirkətinin İdarə Heyətinin Üzvü
Karyera təkcə yüksələn bir pillə deyil, eyni zamanda, özünüzü daha da təkmilləşdirmək üçün sonsuz bir səyahətdir.

Yeni biliklər qazanmaq, trendləri izləmək və yeni texnologiyaları mənimsəmək sizin bazardakı dəyərinizi artıracaq.

Və ən nəhayət, özünüzə inanın və heç vaxt cəsarətinizi itirməyin deyirəm bütün xanımlarımıza.

Sizi ABV şirkətinin rəhbər şəxslərindən biri kimi tanısaq da son vaxtlar ABV ilə yanaşı  NAFTA otelinin de dinamik inkişafında rolunuz diqqətimizi çəkir. Hər iki şirkətin həyatınızda rolu haqda danışa bilərsiz?

ABV mənim üçün sadəcə bir iş yeri deyil, həm də şəxsi və peşəkar inkişafımın ayrılmaz hissəsinə çevrilmiş bir həyat tərzidir, mənim bir parçamdır. Bu şirkətdə gördüyüm hər bir iş, yalnız günümüzün ehtiyaclarına cavab vermək üçün deyil, eyni zamanda gələcəyə yönəlmiş dərin strateji məqsədlərə xidmət etmək üçün atılan addımlardır.

ABV-nin inkişafında rol oynamaq mənə yalnız texnoloji və biznes yönümlü məsələləri idarə etmək deyil, eyni zamanda şirkətin dəyərlərini, mədəniyyətini və missiyasını daha da gücləndirmək fürsəti verdi. Düşünürəm ki, bu şirkətdə komandamla birgə təkcə məhsul və xidmət satışı deyil, eyni zamanda güclü bir korporativ mədəniyyətin formalaşması üzərində çalışmışıq və bu çalışmalar hələ də davam edir.

Komanda ruhunun inkişaf etdirilməsi, strateji idarəetmə modellərinin tətbiqi və liderlik keyfiyyətlərini artırmaq üçün müasir metodologiyalar yaratmaq, ABV-nin təkcə regional deyil, beynəlxalq səviyyədə də tanınmasını təmin edəcəkdir. Amalımız və hədəflərimiz böyükdür.

Bu prosesdə şirkətin məqsədləri ilə öz şəxsi dəyərlərim arasında böyük bir sinerji gördüm və məhz buna görə də ABV-də attığım hər bir addımın arxasında dərin bir inanc var: bu, təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də güclü bir miras buraxmaqdır. Şirkətin inkişafı və qlobal arenada daha güclü bir mövqe tutması üçün atılan hər addım, mənim üçün həm bir vəzifə, həm də bir fəxr mənbəyidir.

NAFTA oteli layihəsi sadəcə bir otel biznesi deyil, həm də regionun turizm potensialını artırmaq və ölkəmizin sağlamlıq turizmini inkişaf etdirmək üçün bir təşəbbüsdür. Mənə bu gözəl təşəbbüsdə iştirak etmək və az da olsa dəstək imkanı yaratdıqları üçün otel rəhbərliyinə təşəkkür edirəm.

Necə gözəl təşəbbüsdür görün insanların həm fiziki həm də mənəvi sağlamlığına müsbət təsir edən bir layihədə əməyin var. Ümumiyyətlə Hər iki platforma mənim üçün böyük məsuliyyət və eyni zamanda, inkişaf üçün sonsuz bir motivasiya mənbəyidir.



Liderlikdə, iş həyatında, uğurlu olmaqda sizinələr ilhamlandırır?

İş həyatımda məni ilhamlandıran böyük strateji düşüncə qabiliyyəti ilə insanlara dərin təsir göstərən və eyni zamanda, yüksək dəyərlər sistemi ilə idarəçilik edən liderlərdir. Və çox şanslıyam ki, bu kimi insanları tanımışam. Uğura aparan yol təkcə strategiyadan keçmir, həm də empatiya, komanda quruculuğu və innovasiyaya yönəlmiş bir yanaşmanın vacibliyini tələb edir bizdən.

Yeri gəldikdə sərt yeri gəldi yumşaq qərarlar, yeri gəldi soyuqluq, yeri gəldi emosionallıq tələb edir. Təkcə biznes nəticələrinə deyil, həm də təşkilatın daxilində insanların inkişafına və dəyərlərinə diqqət yetirmək, şirkətlə birlikdə komanda fərdlərinin də inkişafına hədəflənməkdir mənim gözümdə liderlik.

İnsanları dinləmək, onların potensialını üzə çıxarmaq və onlara daha geniş imkanlar yaratmaq liderlikdə əsas dəyərlərdən biridir.

Qadın rəhbər olmağın üstün və zəif tərəfləri ilə qarşılaşırsınızmı? Əgər qarşılaşırsızsa bizlə də paylaşın

Yəqin mən uzun illərdir iş həyatına atılmış insan olduğum üçün bu gün o qədər də çətindir deyə bilməyəcəm. Hə ilk başlarda çətinliklərim, özümlə və ətrafla mübarizələrim olurdu. Lakin şükür bunları aşmışam deyə bilərəm.

Qadınlarımızın da bəylərimiz kimi uğurlu, ambitsiyalı və məqsədyönümlü olmasının nəyi pisdir ki? Cəmiyyətimizə yalnız güclü bəylər deyil eyni zamanda güclü xanımlar da gərəkdir.

Qadınların detallara diqqət və güclü emosional zəka kimi təbii üstünlükləri, komanda qurmaqda və güclü əlaqələr yaratmaqda çox təsirli olur. Qeyd etdiyim kimi illər öncə gender stereotipləri ilə qarşılaşmaq mənə çətinliklər yaratsa da ülvi məqsədlər bu stereotipləri dağıtmaq üçün bir fürsət oldu.



Həyatınızda iş və şəxsi həyatı necə balansda saxlayırsınız? Ana, menecer, lider… Bu rollar arasında seçim etmək məcburiyyətində qalırsınızmı?

İndi mən desəm ki elə rahat, elə gözəl ağ yalan olar. Çox günlər olub ki, dizbalans yaşamışam, işdən çıxıb yenə də işə getdiyim, işi evə daşıdığım günlərim saysızdır. Məncə bu hal təkcə məndə deyil. Olub ki, övladlarıma sərf etməli olduğum zamanı işimə vermişəm, doğmalarımdan bu zamanı oğurlamışam, uşaqları gecə görmüşəm öpüb qoxulamaqla yetinmişəm.

Çox şükür ki, doğmalarımla, sevdiklərimlə, ailə üzvlərimlə bunu daha gözəl formada kompensasiya edirəm, etməyə çalışıram. Seçim arasında qalmamışam düzü, sadaladığım hallara rəğmən düşünürəm ki, əsas məsələ Ana, menecer, lider, birini seçməkdən çox, onları bir-birinə uyğunlaşdırmaqdır. Güman edirəm ki alınar )))

Karyeranızda Ən böyük uğurlarınızdan birini bölüşə bilərsiniz?

Uğurlar əslində çoxdur, mən hər günümə çox şükür edirəm. Bu günə qədər iş həyatım mənə çoxlu dostluqlar, səmimi münasibət və inkişafıma dəstək verib.

Hər birinə görə ALLAHA şükr edirəm. Son uğurlardan danışsaq ABV-ni uğurlu qərar adlandıra bilərəm, ABV gəldiyim ilk gündən səmimi mühit, sağlam və ədalətli idarəetmə qabiliyyətinə malik rəhbərlərlə çalışırıq. Görüb götürdüyüm və öyrənəcəyim çox şey var.



Gənc qadınlara karyerada irəliləmək üçün hansı tövsiyyələri verərdiniz?

Gənc qadınlara karyerada irəliləmək üçün ilk növbədə öz dəyərlərinə sadiq qalmalarını tövsiyə edərdim. Hər bir uğurlu karyera yalnız peşəkar bacarıqlar üzərində deyil həmçinin peşəkar biznes etikası prinsipləri üzərində qurulur.

Əgər siz öz prinsiplərinizə və dəyərlərinizə uyğun bir yol seçsəniz, bu, təkcə sizin deyil, ətrafınızdakıların da inkişafına müsbət təsir edəcək. Emosional zəkanı inkişaf etdirmək, komanda ilə güclü əlaqələr qurmaq və konfliktləri məhsuldar bir şəkildə həll etmək sizin fərqlənməyinizi təmin edəcək.

Həmçinin, davamlı olaraq öyrənməyi və dəyişikliklərə açıq olmağı məsləhət görürəm. Karyera təkcə yüksələn bir pillə deyil, eyni zamanda, özünüzü daha da təkmilləşdirmək üçün sonsuz bir səyahətdir.

Yeni biliklər qazanmaq, trendləri izləmək və yeni texnologiyaları mənimsəmək sizin bazardakı dəyərinizi artıracaq. Və ən nəhayət, özünüzə inanın və heç vaxt cəsarətinizi itirməyin deyirəm bütün xanımlarımıza.


27/11/2024


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment