14 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Boa Agency" ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.
Bildirmək istərdik ki, “Boa Agency" ASC-nin “Bakı Fond Birjasi” QSC-də “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılmasını üzərinə götürür.
29 mart 2024-cü il tarixində “Boa Agency" ASC-nin ümumi dəyəri 110 000 (yüz on min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
Səhmlərin növü və forması
|
SəhmlərinSayı
|
Nominal Dəyəri
|
Yerləşdirmə Forması
|
Yerləşdirmə
Tarixi
|
Anderrayter
|
AZ1001025407
|
Adi adlı sənədsiz səhm
|
110 000
(ədəd)
|
1
manat
|
Abunə yazılışı üsulu
|
29.03.2024
|
“Unicapital İ.Ş” ASC
|