|
|
|
Sığorta | | | “Finca Azərbaycan”: “Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə bazar yaxşı inkişaf etməyib” |
20.07.2012 | |
| |
“Azərbaycanda kənd təsərrüfatı təyinatlı kreditlərin sığortalanması üzrə yaxşı məhsul təqdim edən şirkət yoxdur”. “APA-ECONOMICS”in xəbərinə görə, bunu jurnalistlərlə görüşündə “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının ölkə üzrə direktoru Maniş Sane bildirib.
Onun sözlərinə görə, Azərbaycanın sığorta sahəsi inkişaf edir: “Lakin bu iş istənilən səviyyədə deyil. Bu sektorda kənd təsərrüfatı təyinatlı kreditlərin sığortalanması üzrə bazar yaxşı inkişaf etməyib. Gələcəkdə bizim tələblərə uyğun bu cür sığorta məhsulu olarsa, bu məhsulları müştərilərə təqdim edəcəyik”.
www.apa.az
|
|
|
|