Baki, Finance Time. “PAŞA Həyat Sığorta” şirkətinin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzi bu ilin dekabr ayından başlayaraq sığorta şirkətlərinin orta menecer heyəti üçün ödənişli təlim elan edir.
“Sığorta şirkətlərində daxili audit” mövzusunda təşkil olunacaq təlim proqramı sığorta şirkətlərinin təftiş komissiyasının üzvləri, risk menecment əməkdaşları və daxili auditorlar üçün nəzərdə tutulur.
Təlim həftədə 9 (doqquz) saat olmaqla, həftənin I, II, və III günlərində (hər gün 3 saat) tədris olunması nəzərdə tutulub. Qrafikə uyğun olaraq, təlim 17 gün keçiriləcək və 51 tədris saatını əhatə edəcək.
Təlimin sonunda bütün iştirakçılar imtahan verərək müvafiq sertifikatlarla təltif olunacaq.
Qeyd edək ki, təlimdə bir iştirakçı üçün ödənişin məbləği 850 AZN (ƏDV daxil deyil) təşkil edir. Qrup formalaşdıqdan sonra iştirakçıların xahişi əsasında təlimin qrafiki məsələsinə yenidən baxıla bilər.
Təlimdə iştirak etmək istəyənlər training@pasha-life.az elektron ünvanına və ya əlavə məlumat üçün Təlim Mərkəzinin əməkdaşı Günay Yusifova (012-567-32-36, daxili-206) ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, “PAŞA Həyat”ın Təlim Mərkəzi 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Mərkəz ilkin olaraq tələbələr üçün ödənişsiz təlimlər keçib və hazırda həmin layihə davam edir. İndiyədək Mərkəzin müxtəlif mövzulu təlimlərindən ölkədə fəaliyyət göstərən müxtəlif ali təhsil ocaqlarının 1000-ə yaxın tələbəsi yararlanıb.