1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” yaranmasının 4 illiyini qeyd edir
24.11.2014

Baki, Finance Time.  Bu gün Azərbaycanın həyat sığortası bazarının lideri olan “PAŞA Həyat Sığorta” şirkəti yaranmasının 4 illiyini qeyd edir.

2010-cu ilin noyabr ayının 24-də Azərbaycan iqtisadiyyatına, o cümlədən ölkənin həyat sığortası bazarının inkişafına öz töhfəsini verə biləcək şirkət - “PAŞA Həyat” yaradılıb.   

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” şirkəti 7 mln. manat nizamnamə kapitalı ilə təsis olunub.Şirkət Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.

Yaranmasından az bir müddət – 4 il keçməsinə baxmayaraq, şirkət düzgün strategiya tətbiq etməsi nəticəsində öz yüksək inkişafı ilə sığorta bazarının lider şirkətləri sırasına qatılıb. Fəaliyətinin 4 ili müddətində şirkət nizamnamə kapitalını 5,75 dəfə artırıraraq 40,250 mln. manata çatdırıb. Məhz bu inkişafın nəticəsi olaraq, “PAŞA Həyat” kapital və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lider şirkətidir.

Biznes göstəricilərinə gəldikdə isə,həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə bazarın əsas iştirakçısı olan “PAŞA Həyat” bu ilin yanvar-oktyabr aylarında 35,142 mln. manat həcmində sığorta haqqı ilə ölkə sirkətləri sırasında ilk üçlükdə qəraralaşıb. Qeyd olunan dövr ərzində şirkət2,456 mln. manat həcmində sığorta ödənişləri həyata keçirib.

Ötən 4 il müddətində “PAŞA Həyat” uğulu fəaliyyəti nəticəsində bir sıra beynəlxalq mükafatlara da layiq görülüb. Fəaliyyətinin ilk illərindən başlayaraq həyata keçirdiyi sosial layihələr sayəsində “PAŞA Həyat” ictimai əhəmiyyətli qurum imicini qazanıb.

Hazırda “PAŞA Həyat” öz inkişafını yüksələn xətlə davam etdirir.Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”,“yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment