Baki, Finance Time. Hörmətli valideynlər! Əgər sizin uşaqlarınız rəsm çəkməyi və hədiyyələr almağı sevirsə, o zaman onlara AXA MBASK şirkətinin təşkil etdiyi “Sığortalı gələcək” adlı uşaq rəsm yarışmasında iştirak etməyi təklif edirik. Uşaq rəsmlərinin mövzusu: sığorta uşaqların gözü ilə.
Yarışmada 6 yaşdan 12 yaşınadək uşaqlar iştirak edə bilər. Rəsmlər А4 (albom vərəqi) və А3 (2А4) formatlarında istənilən texniki üslubda qəbul edilir.
Rəsmləri 10.12.2014. il tarixindən 25.01.2015 il tarixinədək iş vaxtında (istirahət günlərindən başqa) AXA MBASK sığorta şirkətinin Azure Biznes Mərkəsi, Nobel prospekti 15 ünvanınavə ya elektron poçtuna göndərə bilərsiniz: marketing@axambask.az (əgər rəsm yarışmada qalib gələrsə, onun əslini AXA MBASK SŞ-nin ofisinə təqdim etmək lazım olacaq).
Hər bir rəsm imzalanmalı (uşağın Soyadı və Adı – tam olaraq göstərilməklə), uşağın yaşı və əlaqə üçün telefon nömrəsi qeyd edilməlidir.
YARIŞMANIN KEÇİRİLMƏ REQLAMENTİ
Yarışmanın iştirakçıları mövzunu sərbəst olaraq (böyüklərin iştirakı olmadan) işləyirlər. Rəsmlərin yarışmaya qəbulu 10 dekabr 2014 ildən 25 yanvar 2015 ilə qədər həyata keçirilir.
26-27 yanvar 2015 il tarixində münsiflər heyəti (AXA MBASK SŞ-nin idarə heyətinin üzvləri) yarışmaya təqdim edilən rəsmlər arasından 6 rəsm işi seçəcək:
- 6-8 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi
- 8-12 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi
Birinci yerin sahiblərinə 300 AZN, ikinci yerin sahiblərinə 200 AZN və üçüncü yerin sahiblərinə 100 AZN mükafat veriləcəkdir. Qeyd etmək lazımdır ki, yarışmada əlavə mükafatların da təqdim edilməsi gözlənilir.
Ən yaxşı rəsm işlərinin seçilməsi zamanı əsas meyarlar bunlar olacaq: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi.
Qaliblərin elan edilməsi və mükafatlandırılması 30 yanvar 2015 ildə şirkətin ofisində baş tutacaqdır.
Yarışma iştirakçılarının bütün işləri şirkətin korporativ saytında və AXA MBASK SŞ-nin baş ofisində yerləşdiriləcək.