“Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin təşkil etdiyi Azərbaycan Sığortaçılar Assosiasiyanın (ASA), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTI) tərəfdaşlıq etdiyi layihə Maliyyə Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində gənclərlə silsilə debatlar təşkil olunub. Tədbirlər planına ənənəvi “Respublika Gənclər Debat Forumu”nun sığorta sektoruna həsr olunması, sığorta sahəsi ilə bağlı qısamüddətli və uzunmüddətli kursların keçirilməsi də daxildir.
Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.
Tədbirdə təşkilatçı və dəstək verən təşkilatların rəhbərləri, həmçinin adıçəkilən nazirliklərin səlahiyyətli nümayəndələri də iştirak edəcək.