1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Ali məktəblər və tələbələr arasında final turunun qalibləri məlum oldu
26.12.2014

“Bakı Gənclər Debat Forumu- Payız 2014”-ün qalibləri məlum oldu

Baki, Finance Time. Dekabrın 25-də Bakıda, “Kempinski Badamdar” otelində Vətəndaş Cəmiyyətində Debat (DVC) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə əməkdaşlığı, Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sığortalı Gənclik” layihəsi çərçivəsində təşkil olunan “Bakı Gənclər Debat Forumu- Payız 2014”-ün bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Forum haqqında qısa məlumat verilib, təşkilatçı və dəstək verən təşkilatların rəhbərlərinin çıxışları olub. Daha sonra Forumun final mərhələsi keçirilib. 136 debat raundundan növbəti mərhələyə uğurla keçən komandalar forumun finalında “Sığortalanmada fiziki şəxslərin məsuliyyəti” mövzusunu müzakirə ediblər.

Final mərhələsində Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları qalibiyyət uğrunda mübarizə aparıblar. Azərbaycan bölməsi üzrə 10 nəfər qalib seçilib. Bu bölmə üzrə finalda BDU-nin “Kannkret” komandası qalib gəlib və kuboku qazanıb. Rus bölməsi üzrə 5 nəfər qalib seçilib. Bu bölmə üzrə finalda Dövlət İdarəçilik Akademiyasının “Diamond” komandası qalib olub və kuboku qazanıb.

İlk 3 yeri tutanlara medalllar və diplom, digər qaliblərə diplomlar, 1-ci yeri tutan komandalara isə kubok təqdim olunub. Xatırladaq ki, “Sığortalı Gənclik” layihəsi 18 noyabr 2014–cü il tarixində start götürüb və layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

Sözügedən layihə Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC (“Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi”), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Forumun tədbirləri çərçivəsində 400 gənc sığorta və maliyyə bazarı ilə təlimlər vasitəsi ilə tanış olub, 1000-dən artıq gənc 10 debat turniri və onlarla debat təlimi vasitəsi ilə sığorta bazarının aspektlərini müzakirə ediblər. 20-21 dekabr tarixlərində keçirilən Forumun yekun mərhələsində 15 ali təhsil müəssisəni təmsil edən 250-dən artıq gənc iştirak edib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment