|
|
|
Neft və qaz | | | Azərbaycan Dövlət Neft Fondunun pullarının yarıdan çoxu Avropada saxlanılır |
25.07.2012 | |
| |
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin yarıdan çoxu Avropada yerləşdirilib.
ARDNF-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, fondun aktivlərinin coğrafi regionlar üzrə bölgüsünə Avropa başçılıq edir - aktivlərin 62,02%-i bu regionda yerləşdirilib.
Aktivlərin 13,4%-i Şimali Amerika, 11,65%-i inkişaf etməkdə olan ölkələr, 6,51%-i Asiya-Sakit okean ölkələrində yerləşdirilib.
Aktivlərin 5,72%-i beynəlxalq maliyyə təşkilatlarının, 0,7%-i isə Yaxın Şərq ölkələrinin payına düşür.
www.apa.az
|
|
|
|