AXA MBASK-dan növbəti yenilik
Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti korporativ sosial məsuliyyət çərçivəsində Risk Navigator – yol-nəqliyyat hadisələrinin interaktiv xəritəsini əhalinin istifadəsinə verir.
RİSK NAVİGATOR ilk növbədə respublikada yolların vəziyyətinin profilaktikasına və yaxşılaşdırılmasına yönəldilmiş sosial bir layihədir. Bu resurs şirkətin istər paytaxtda, istər də respublikanın bölgələrində AXA MBASK Şirkətinin yol-nəqliyyat hadisələrinin statistikasına əsaslanan məlumatların nəşr edilməsi və vizuallaşdırılması üçün xüsusi olaraq işlənib hazırlanmışdır.
Resursa bu ünvandan www.axambask.az daxil olmaq olar.
Şirkətin və Risk Navigator layihəsinin əsas vəzifəsi – istifadəçilərə YNH-nin konsentrasiyası yerlərini, “qəza ocaqları” adlanan yerləri aşkar etmək imkanı vermək, beləliklə sürücülərin təhlükəsizlik və marşrutlara düzəliş etmələri məqsədilə həmin yerlərdə hərəkət tərzini dəyişdirilməsinin təşkili üçün tədbirlərin görülməsinə yardım etməkdir.
Hazırda layihəyə 2014 ildən bü günkü günə qədər baş vermiş yol hadisələri barədə məlumatlar daxil edilmişdir. Qəzaların topoqrafik təhlili şirkətin ekspertləri tərəfindən hər ay yenilənəcəkdir.
Xəritənin tətbiqi çox sadə olduğundan onun istifadəsi İnternet şəbəkəsinə çıxışı olan hər bir kəs üçün əlçatandır.
Yaxın zamanlarda xidmətə YNH-nin növü (toqquşma, piyadanın vurulması və s.), həlak olanlar və ya xəsarət alanların sayı, hadisələrin baş vermə səbəbləri haqqında məlumatı nəzərdən keçirmək, eləcə də müəyyən vaxt müddəti ərzində statistikaya sorğu vermək imkanı kimi seçimlər də əlavə ediləcəkdir.
AXA MBASK ekspertlərin fikrinə görə, yalnız maarifləndirmə məqsədi daşıyan bu sosial layihə yol-nəqliyyat hadisələri nəticəsində baş verən travmaların səviyyəsinin azalmasına və ölkənin yollarında yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artmasına səbəb olacaq.
Sığorta bazarının liderlərindənb iriolan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.
Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.
Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi yeddi beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.