|
|
|
Neft və qaz | | | «Azəriqaz» abonentlərə xəbərdarlıq edib |
27.07.2012 | |
| |
Bu ilin birinci yarısında ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin 185 nömrəli «qaynar xətt»inə daxil olmuş müraciətlərin əksər hissəsinin sayğacların koda düşməsi ilə bağlı olmasını nəzərə alaraq, «Azəriqaz» İB «smart-kart» tipli sayğacların istismarı ilə bağlı bəzi zəruri məlumatları bir daha abonentlərin diqqətinə çatdırıb.
«APA-ECONOMICS»in məlumatına görə, müraciətdə bildirilir ki, «smart-kart» tipli sayğaclarla ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə olunan sayğacın göstəricisinin qəbul olunan sərfiyyat miqdarından artıq olması, qaz xəttinə əlavə qoşulmalar, sayğaca hər hansı bir müdaxilə kimi hallar baş verdikdə sayğacın klapanı dərhal qapanır, sayğac avtomatik olaraq koda düşərək bağlanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür: «Sayğac koda düşərək bağlanan zaman müdaxilə etməklə onu işə salmaq mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsi ilə gətirilir. Servis kartları Qaz istismar sahələrinin ərazi xidmətlərindədir».
Sayğac koda düşərək bağlanan zaman 104 nömrəsinə və ya yerli Qaz İstismar Sahəsinə zəng edərək bu haqda məlumat vermək lazımdır. «Qaz istismar sahəsinin əməkdaşları gündüz saatlarında qısa müddətdə ünvana gəlib sayğacı işlək vəziyyətə gətirir. Koda düşmə gecə saatlarında baş verdikdə, problemin həlli üçün zəruri tədbirlər səhər saatlarında həyata keçirilir», - deyə müraciətdə bildirilir.
www.apa.az
|
|
|
|