|
|
|
Sığorta | | | Azərbaycanın sığorta bazarında 950 nəfərdən artıq sığorta agenti var |
06.04.2015 | |
| |
Hazırda Azərbaycanın sığorta bazarında 950 nəfərdən artıq sığorta agenti fəaliyyət göstərir.
Bu sözləri bu gün keçirilən "Sığorta Agentlərinin lll Milli Forumu"nda çıxışı zamanı Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, Ərizə və Şikayətlərə Baxılması şöbəsinin müdiri Mahir Abdullayev deyib.
O bildirib ki, 950 agentdən 60 nəfəri hüquqi şəxs, 896 nəfəri isə fiziki şəxsdir: "2011-ci ildən etibarən sığorta agentlərinin sayı artmağa başlayıb və bu da bilavasitə, "İcbari Sığortalar Haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə əlaqədar olub. Belə ki, 2009-cu ildə 14 nəfər hüquqi, 187 nəfər fiziki, 2010-cu ildə 1 nəfər hüquqi, 62 nəfər fiziki, 2011-ci ildə 11 nəfər hüquqi, 108 nəfər fiziki şəxs, 2012-ci ildə 46 nəfər hüquqi, 1597 nəfər fiziki, 2013-cü ildə 52 nəfər hüquqi, 748 nəfər fiziki, 2014-cü ildə isə 59 nəfər hüquqi, 877 nəfər isə fiziki şəxs sığorta agenti olub".
Qeyd olunub ki, sığorta agentlərinin sayına qanunvericilikdə məhdudiyyət qoyulmur və sığorta bazarı inkişaf edib, böyüdükcə bu xidmət növünə daima tələbat olacaq.
http://azertag.az/
|
|
|
|